https://sputnik.az/20211127/neft-suretle-ucuzlasir---10-faiz-azalma-436723783.html
Neft sürətlə ucuzlaşır - 10 faiz azalma
Neft sürətlə ucuzlaşır - 10 faiz azalma
Sputnik Azərbaycan
Cənubi Afrikada təhlükəli B.1.1.529 koronavirus ştammının aşkarlanması dünya bazarlarında nefti kəskin ucuzlaşdırıb. Azərbaycan nefti də 9 dollara yaxın düşüb. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T10:42+0400
2021-11-27T10:42+0400
2021-11-27T10:42+0400
neft-qaz
qiymət
neft
ucuzlaşma
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434024518_0:161:3071:1888_1920x0_80_0_0_d37a36df43ebf45af24711bcaea70dac.jpg
BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 8,91 ABŞ dolları və ya 10,7% azalaraq 73,91 ABŞ dolları təşkil edib.Dünya birjalarında neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 9,50 dollar azalaraq 72,72 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 10,24 dollar ucuzlaşaraq 68,15 dollar olub.Qeyd edək ki, Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib. Bu vəziyyət qlobal bazarlarda narahatlığa səbəb olub. Koronavirusun yeni ştamının aşkarlanması xəbərindən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb. Treyderlər yeni ştammın aşkarlanması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neft tələbini azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin strateji neft ehtiyatlarını bazara çıxarması da qiymətlərə təsir edib.Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.Xatırladaq ki, bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434024518_170:0:2901:2048_1920x0_80_0_0_593e7b7a286cabdfcb7d935d55cf467b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qiymət, neft, ucuzlaşma
Neft sürətlə ucuzlaşır - 10 faiz azalma
Cənubi Afrikada təhlükəli B.1.1.529 koronavirus ştammının aşkarlanması dünya bazarlarında nefti kəskin ucuzlaşdırıb. Azərbaycan nefti də 9 dollara yaxın düşüb.
BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 8,91 ABŞ dolları və ya 10,7% azalaraq 73,91 ABŞ dolları təşkil edib.
Dünya birjalarında neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 9,50 dollar azalaraq 72,72 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 10,24 dollar ucuzlaşaraq 68,15 dollar olub.
Qeyd edək ki, Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib. Bu vəziyyət qlobal bazarlarda narahatlığa səbəb olub. Koronavirusun yeni ştamının aşkarlanması xəbərindən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb. Treyderlər yeni ştammın aşkarlanması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neft tələbini azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin strateji neft ehtiyatlarını bazara çıxarması da qiymətlərə təsir edib.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Xatırladaq ki, bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.
Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.