DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rəisi: İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik

© Photo : AZƏRTACi İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
i İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
İran Prezidenti: Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir.
BAKI, 28 noyabr - Sputnik. İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşündə iştirak edən İran Prezidenti türkiyəli həmkarı ilə görüşdə üçtərəfli əlaqələrin perspektivini müzakirə edib.
O bildirib ki, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. İran qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir.
İran Prezidenti diqqətə çatdırıb ki, regionda PKK, İŞİD kimi terror təşkilatlarının fəallaşmasına imkan vermək olmaz və bu mübarizədə birlikdə çıxış etmək daha səmərəli olar.
İbrahim Rəisi onu da vurğulayıb ki, regiondaki problemləri region dövlətləri həll etmək iqtidarına malikdirlər.
Həmçinin oxuyun:
İlham Əliyev Pakistan Prezidenti ilə görüşüb
Xəbər lenti
0