Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mikroavtobus aşdı, yaralılar var

© Sputnik / Rahim MammadovAşımış “Ford” markalı mikroavtobus
Aşımış “Ford” markalı mikroavtobus - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Xəbərlərə abunə olun
BAKI, 27 noyabr — Sputnik. Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "FORD" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.
İlkin ehtimala görə, hadisə zamanı 10 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
* Yenicə evlənən gənc xalası oğlunun toyuna gedərkən həlak oldu
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала