Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenicə evlənən gənc xalası oğlunun toyuna gedərkən həlak oldu

© Photo : APAOğuzda maşın ağaca çırpılıb
Oğuzda maşın ağaca çırpılıb - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Onun avtomobildə olan anası isə ağır xəsarət alıb.
BAKI, 27 noyabr — Sputnik. Oğuzda minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində Oğuz-Xaçmaz avtomobil yolunda baş verib.
Xaçmaz sakini, 29 yaşlı Həşimli Aqil Zaman oğlu idarə etdiyi “VAZ-2109” markalı minik avtomobilini idarə edərkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü dünyasını dəyişib.
Avtomobildə olan 53 yaşlı sərnişin, sürücünün anası Ruqiyə Həşimova isə müxtəlif bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, sürücü Aqil Həşimov 15 gün əvvəl toy edibmiş. Qəza baş verəndə də anası ilə birlikdə xalası oğlunun toyuna gedirmiş.
"Səhər heyvan otarırdım, güclü səs oldu. Səsə gəldim. Gördüm ki, maşın ortadan bölünüb, yaralılar var. Apardılar, sonrası bilinmir. Qadın yaxşı idi, sürücü bir az ağır idi”, - hadisə şahidi Fərid Əzizov deyib.
Xəbər lenti
0