https://sputnik.az/20211127/koronavirusun-yeni-stammina-yoluxanlarin-sayi-artir-436732963.html
Koronavirusun yeni ştammına yoluxanların sayı artır
Koronavirusun yeni ştammına yoluxanların sayı artır
Sputnik Azərbaycan
Professor Yan Sanne qeyd edib ki, koronavirusun yeni variantı çox sürətlə yayılır. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T20:16+0400
2021-11-27T20:16+0400
2021-11-27T20:16+0400
koronavirus
səhiyyə
cənubi afrika
ştamm
"delta" ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113633_0:160:3072:1888_1920x0_80_0_0_f015490162bd4fd95d6c6ce0b97f16c2.jpg
BAKI, 27 noyabr — Sputnik. Son sutkada Cənubi Afrika Respublikasında (CAR) koronavirusun "omikron" adlanan yeni variantına (B.1.1.529) yoluxanların sayı 2828 nəfərə çatıb.Sputnik Azərbaycan xəbər verir ki, bu ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutunun məlumatında isə 2 milyondan çox insanın bu virusa yoluxduğu bildirilir.CAR-ın səhiyyə naziri Jo Phaala mətbuat konfransında bir çox dövlətlərin onun ölkəsinə və Cənubi Afrika İnkişaf İcması (SADC) ölkələrinə səyahət qadağası tətbiq etmələrini yanlış addım adlandırıb. Onun sözlərinə görə, bu qadağaların elmi əsası yoxdur və koronavirusun yeni variantı ilə mübarizə birgə səylərlə aparılmalıdır. CAR-da "omikron" variantının sürətlə yayıldığını etiraf edən nazir əlavə edib ki, qitənin cənubundakı təcridedilmə vəziyyəti daha da pisləşdirə bilər.Mətbuat konfransında çıxış edən professor Yan Sanne isə qeyd edib ki, koronavirusun yeni variantı çox sürətlə yayılır. O əlavə edib ki, əvvəlki ştammlardan fərqli olaraq, yeni virusun mutasiya qabiliyyəti də güclüdür və yaxın günlərdə "omikron" variantına daha çox insan yoluxacaq.Xatırladaq ki, bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.Eləcə də oxuyun: * Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir* Otuz mindən çox adama COVID vaksini vurulmayacaq* TƏBİB-dən koronavirusla bağlı hamilə qadınlara xəbərdarlıq!* Azərbaycanda koronavirus: yoluxma sayında artım var, 31 nəfər vəfat edib* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi* Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113633_171:0:2902:2048_1920x0_80_0_0_b898007f872d19bfc41a9aae29eadd08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
koronavirus, cənubi afrika, ştamm, "delta" ştammı
koronavirus, cənubi afrika, ştamm, "delta" ştammı
Koronavirusun yeni ştammına yoluxanların sayı artır
Professor Yan Sanne qeyd edib ki, koronavirusun yeni variantı çox sürətlə yayılır.
BAKI, 27 noyabr — Sputnik. Son sutkada Cənubi Afrika Respublikasında (CAR) koronavirusun "omikron" adlanan yeni variantına (B.1.1.529) yoluxanların sayı 2828 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutunun məlumatında isə 2 milyondan çox insanın bu virusa yoluxduğu bildirilir.
CAR-ın səhiyyə naziri Jo Phaala mətbuat konfransında bir çox dövlətlərin onun ölkəsinə və Cənubi Afrika İnkişaf İcması (SADC) ölkələrinə səyahət qadağası tətbiq etmələrini yanlış addım adlandırıb. Onun sözlərinə görə, bu qadağaların elmi əsası yoxdur və koronavirusun yeni variantı ilə mübarizə birgə səylərlə aparılmalıdır. CAR-da "omikron" variantının sürətlə yayıldığını etiraf edən nazir əlavə edib ki, qitənin cənubundakı təcridedilmə vəziyyəti daha da pisləşdirə bilər.
Mətbuat konfransında çıxış edən professor Yan Sanne isə qeyd edib ki, koronavirusun yeni variantı çox sürətlə yayılır. O əlavə edib ki, əvvəlki ştammlardan fərqli olaraq, yeni virusun mutasiya qabiliyyəti də güclüdür və yaxın günlərdə "omikron" variantına daha çox insan yoluxacaq.
Xatırladaq ki, bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.
Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.