https://sputnik.az/20211126/tebb-den-koronavirusla-bagli-hamile-qadinlara-xeberdarliq-436707933.html
TƏBİB-dən koronavirusla bağlı hamilə qadınlara xəbərdarlıq!
TƏBİB-dən koronavirusla bağlı hamilə qadınlara xəbərdarlıq!
Sputnik Azərbaycan
BAKI, 26 noyabr — Sputnik. Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kliniki Tibbi... 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T17:50+0400
2021-11-26T17:50+0400
2021-11-26T17:50+0400
hamilə
səhiyyə
qadınlar
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/42353/56/423535605_0:0:1920:1080_1920x0_80_0_0_ec114155af81a6651d3e3f40793b7d99.jpg
BAKI, 26 noyabr — Sputnik. Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova "TƏBİB məsləhəti"ndə deyib.O qeyd edib ki, hamilə qadınların kütləvi yerlərdə olması, yığıncaqlarda, toy mərasimlərində iştirakı doğru deyil, bu, yüksək riskdir."Koronavirus əlaməti hiss edən kimi hamilələr dərhal test verməlidir. Cavab pozitiv olarsa, Bakıda yaşayanlar təcili tibbi yardıma xəbər verməlidir. Rayonlarda yaşayanlar isə qadın məsləhətxanasına müraciət etməlidir. Hamilə qadın koronavirusa yoluxubsa, dərhal xəstəliyin hansı səviyyədə olması, onun vəziyyəti qiymətləndirilir. Bundan sonra müalicə başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya yerləşdirilə bilər", - deyə o bildirib.T.Həsənova həmçinin qeyd edib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur."Çünki ana ilə uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maska ilə belə süd verməsi məsləhət deyil", - deyə həkim vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42353/56/423535605_213:0:1920:1280_1920x0_80_0_0_f89114ee9934bf3e4f074dc7aaefaee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hamilə, qadınlar, koronavirus, covid-19
hamilə, qadınlar, koronavirus, covid-19
BAKI, 26 noyabr — Sputnik. Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu
Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu
Təranə Həsənova "TƏBİB məsləhəti"ndə deyib.
O qeyd edib ki, hamilə qadınların kütləvi yerlərdə olması, yığıncaqlarda, toy mərasimlərində iştirakı doğru deyil, bu, yüksək riskdir.
"Koronavirus əlaməti hiss edən kimi hamilələr dərhal test verməlidir. Cavab pozitiv olarsa, Bakıda yaşayanlar təcili tibbi yardıma xəbər verməlidir. Rayonlarda yaşayanlar isə qadın məsləhətxanasına müraciət etməlidir. Hamilə qadın koronavirusa yoluxubsa, dərhal xəstəliyin hansı səviyyədə olması, onun vəziyyəti qiymətləndirilir. Bundan sonra müalicə başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya yerləşdirilə bilər", - deyə o bildirib.
T.Həsənova həmçinin qeyd edib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur.
"Çünki ana ilə uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maska ilə belə süd verməsi məsləhət deyil", - deyə həkim vurğulayıb.