Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İkili minibatut yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub

Gimnastika - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək
BAKI, 27 noyabr — Sputnik. Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, turnirdə 13-14 yaş kateqoriyasında ikili minibatut yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub.
Medallar uğrunda ABŞ idmançıları Lea Edelman, Ava Dehanes, Samanta Brekenric, rusiyalı Sofiya Alyaeva, İlnara Süleymanova, Yuliya Karatkova, britaniyalı Emili Luk və Matilda Oliveyra (Portuqaliya) mübarizə aparacaqlar.
Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Xəbər lenti
0