https://sputnik.az/20211120/azerbaycanda-zelzele-olub-436518354.html
Azərbaycanda ard-arda iki zəlzələ olub - FHN açıqlama verdi
Azərbaycanda ard-arda iki zəlzələ olub - FHN açıqlama verdi
Sputnik Azərbaycan
BAKI, 20 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T19:48+0400
2021-11-20T19:48+0400
2021-11-20T19:48+0400
cəmiyyət
zəlzələ
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42264/52/422645298_0:261:2500:1667_1920x0_80_0_0_1ccb5846522e536a69931fa719c0a19c.jpg
BAKI, 20 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb."Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - qurumun məlumatında deyilir.-----------19:19Bu gün Şamaxıda, Pirqulu yaxınlığında ikinci zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km olub.-----------17:38Şənbə günü, yerli vaxtla 16:46-da Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmətinin direktoru Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələnin episentri Şamaxı rayonunda, Pirquludan 20 km cənubda olub. Yeraltı təkanların dərinliyi 42 km olub.3-4 bal gücündə təkanları ölkənin müxtəlif regionlarında - Bakı, Sumqayıt, Quba, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər rayonlarda hiss ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42264/52/422645298_277:0:2500:1667_1920x0_80_0_0_7375f000ec93b164ea97788f8ef61eb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, azərbaycan
BAKI, 20 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - qurumun məlumatında deyilir.
Bu gün Şamaxıda, Pirqulu yaxınlığında ikinci zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km olub.
Şənbə günü, yerli vaxtla 16:46-da Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmətinin direktoru
Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələnin episentri Şamaxı rayonunda, Pirquludan 20 km cənubda olub. Yeraltı təkanların dərinliyi 42 km olub.
3-4 bal gücündə təkanları ölkənin müxtəlif regionlarında - Bakı, Sumqayıt, Quba, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər rayonlarda hiss ediblər.