https://sputnik.az/20211126/mekteblini-ogurlamaq-isteyen-sexs-axtarilir-aile-ve-mekteb-oten-gunku-hadise-barede-436700066.html
Məktəblini oğurlamaq istəyən şəxs axtarılır: Ailə və məktəb ötən günkü hadisə barədə
Məktəblini oğurlamaq istəyən şəxs axtarılır: Ailə və məktəb ötən günkü hadisə barədə
Sputnik Azərbaycan
Ananın körpəsi 9 aylıqdır, nənə-baba isə uzaqda yaşadığından oğurlanmağa cəhd edilən şagird və ailənin digər iki məktəbli övladı hazırda da dərsə tək... 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T16:30+0400
2021-11-26T16:30+0400
2021-11-26T16:30+0400
insan
cəmiyyət
məktəb
din
məktəbli
məktəb direktoru
adam oğurluğu
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424956158_0:0:3072:1728_1920x0_80_0_0_6be4e8794f29198fec0eb90414d05efd.jpg
BAKI, 26 noyabr — Sputnik. Daxili işlər Nazirliyi paytaxt məktəblərinin birində məktəbli qızın oğurlanmasına cəhd olunması ilə bağlı məlumat yayıb. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Umudvar Əliyev küçəsində - 188 nömərli məktəbin qarşısında baş verib.Məktəbin beşinci sinif şagirdi ikinci növbədə təhsil alır. O, ötən gün dərsi bitdikdən sonra qardaşını axtarmaq məqsədilə məktəbin həyətindən çölə çıxıb. Naməlum şəxs onu ağ rəngli avtomobilə mindirib. Daha sonra isə həmin şəxs yolu soruşmaq üçün uşaqla birgə avtomobildən düşüb. Azyaşlı yaranmış fürsətdən istifadə edərək qaçıb.Uşağı qaçırmağa cəhd edən şəxsin kimliyi hər kəs üçün maraqlıdır. Görəsən hansı səbəbdən o, belə bir addımı atıb və uşağın ailəsinin kiminləsə düşmənçiliyi varmı?Sputnik Azərbaycan baş verən hadisə və buna bənzər hallarla bağlı suallara aydınlıq gətirməyə çalışıb, ailə və məktəbin direktoru ilə əlaqə saxlayıb.Azyaşlının ana nənəsi Mədinə Hüseynova deyib ki, ailənin kiminləsə konflikti yoxdur: Ananın körpəsi 9 aylıqdır, bu səbəbdən o, övladlarını məktəbə aparıb-gətirə bilmir. Nənə-baba isə Bakının başqa kəndində yaşadığı üçün uşaqları məktəbə aparıb-gətirməkdə ailəyə yardım edə bilmirlər. Bu səbəbdən hazırda ailənin 3 övladı məktəbə tək gedib-gəlir."Kənd yeridir, illərdir ki, orada uşaqlar özləri məktəbə tək gedib-gəlirlər, hər kəs də bir-birini tanıyır. Uşaqlar mağazaya, aptekə də təkcə gedib-gəlirlər", - Hüseynova bildirib.Nənə deyir ki, qızıgil həyat yoldaşının işi ilə əlaqədar olaraq respublikanın müxtəlif bölgələrində yaşayıblar. Uşaqlar bu ildən 188 nömrəli məktəbdə oxuyurlar.Uşağın dediyinə görə, həmin şəxsin başında papaq olub, şərfin altından tibbi maska taxıb.Nənə mediada yayılan yanlış məlumatlara da münasibət bildirib və xahiş edib ki, bu hadisə ilə bağlı detalları dəqiq qeyd etsinlər, şişirdilmiş şəkildə təqdim etməsinlər:M.Hüseynovanın bəzi nüanslarla bağlı etirazı da var: "15-ci polis bölməsindən tədqiqatçı gəldi və mən dedim ki, oğul, bu işi sabaha saxlamayın, isti izlərlə açın. Təkərin izinə baxın, kameralara nəzər yetirin. Dedilər ki, biz sabah gəlməliyik. Axşamdan işə baxsaydılar, kameralardan da nəsə görüntü əldə edə bilərdilər, təkərin izini də görərdilər. Məsuliyyətsiz yanaşdılar deyə, biz də bunu işıqlandırdıq. Onlar gəlməli idi ki, ora başqa bir iz, təkər izi düşməsin. Mən bisavad qadınam, amma onları başa saldım. Dedim, ay oğul, bəlkə bu şəxs elə gecə ilə ölkədən çıxdı. Dedim ki, kameraya baxın, bəlkə nömrəsi düşüb".Sosial şəbəkələrdə yayılan videolarda məktəbin kamerasının işləmədiyi deyilir. Bu və digər detalları araşdırmaq üçün həm məktəb, həm də azyaşlının ailəsi ilə əlaqə saxladıq.Sözü gedən məktəbin direktoru Sabir Mahmudov kameraların işləməməsi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu dedi. O bildirdi ki, elə hadisə baş verəndə də kamera işləyirdi:Belə çıxır ki, oğurlanma anı kameraya düşməyib. Direktor deyir ki, DİN-in rəyi olmadan, o, bu barədə heç nə deyə bilməz:"Hazırda bu hadisənin öyrənilməsi ilə bağlı müəyyən işlər gedir. Həmin an kameraya düşməyib, çünki qaranlıq olub, orada çoxlu insanlar qaranlıq şəkildə görünür. Lakin məktəbin çölü görünmür. Məktəbin həyətində hər bir uşağın təhlükəsizliyinə 100 faiz zəmanət veririk. Pandemiyadır, məktəbin qapıları tamamilə bağlıdır. Aşağı sinif şagirdlərinin çantalarını bizim işçilərimiz siniflərə qaldırır. Kameralarımız da işləyir. Məktəbin çölündə də bir kameramız var. Sadəcə birdən 400 şagird çıxır və hamısı da bir qapıdan".Onun sözlərinə görə, uşaq hazırda da məktəbə gəlir və ikinci növbədə oxuyur: "Qızın heç bir travması yoxdur. Psixoloq da, özüm də uşaqla söhbət eləmişəm. Heç bir narazılıq yoxdur, çünki uşağın dediyinə görə, həmin şəxs onu ancaq maşına oturdanda zor tətbiq edib. Uşaqdır da, qaranlıqda müəyyən qədər birgə məsafəni qət ediblər deyə, onun həyəcanı olub".Məktəb direktorunun sözlərinə görə, bu hadisə məktəbdəki davamiyyətə təsir etməyib: Direktor bildirir ki, uşağın atası hərbçidir və normal ailədəndir. Direktor bu kimi halların təkrarlanmaması üçün valideynlərə də tövsiyə verib ki, övladlarına qarşı diqqətli olsunlar:"Valideynlərə əsas tövsiyəm budur ki, övladlarına qarşı diqqətli olsunlar. Uşaqları qarşılasınlar, özləri evə aparsınlar. Məktəblilər təşkilatlanmış vəziyyətdə məktəb qapısından çıxırlar. Lakin qeyd etdiyim kimi, 400 nəfər bir qapıdan çıxır, bu səbəbdən də valideynlər özləri gəlib övladlarını götürsələr, yaxşı olar".Həmçinin oxuyun:DİN məktəblinin oğurlanmasına cəhdlə bağlı araşdırmaya başlayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424956158_218:0:2949:2048_1920x0_80_0_0_9e50a75c64707300c9333c728e3983c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
insan, məktəb, din, məktəbli, məktəb direktoru, adam oğurluğu
insan, məktəb, din, məktəbli, məktəb direktoru, adam oğurluğu
Məktəblini oğurlamaq istəyən şəxs axtarılır: Ailə və məktəb ötən günkü hadisə barədə
Ananın körpəsi 9 aylıqdır, nənə-baba isə uzaqda yaşadığından oğurlanmağa cəhd edilən şagird və ailənin digər iki məktəbli övladı hazırda da dərsə tək gedib-gəlirlər.
BAKI, 26 noyabr — Sputnik. Daxili işlər Nazirliyi paytaxt məktəblərinin birində məktəbli qızın oğurlanmasına cəhd olunması ilə bağlı məlumat yayıb. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Umudvar Əliyev küçəsində - 188 nömərli məktəbin qarşısında baş verib.
Məktəbin beşinci sinif şagirdi ikinci növbədə təhsil alır. O, ötən gün dərsi bitdikdən sonra qardaşını axtarmaq məqsədilə məktəbin həyətindən çölə çıxıb. Naməlum şəxs onu ağ rəngli avtomobilə mindirib. Daha sonra isə həmin şəxs yolu soruşmaq üçün uşaqla birgə avtomobildən düşüb. Azyaşlı yaranmış fürsətdən istifadə edərək qaçıb.
Uşağı qaçırmağa cəhd edən şəxsin kimliyi hər kəs üçün maraqlıdır. Görəsən hansı səbəbdən o, belə bir addımı atıb və uşağın ailəsinin kiminləsə düşmənçiliyi varmı?
Sputnik Azərbaycan baş verən hadisə və buna bənzər hallarla bağlı suallara aydınlıq gətirməyə çalışıb, ailə və məktəbin direktoru ilə əlaqə saxlayıb.
Azyaşlının ana nənəsi Mədinə Hüseynova deyib ki, ailənin kiminləsə konflikti yoxdur:
"Bəlkə mənimlə düşmən olan var, bilmirəm. Bildiyim qədər bizimlə düşmənçilik edən yoxdur. Biz də, qızımın ailəsi də hər kəsə hörmətlə yanaşır. Qızımın həyat yoldaşı hərbçidir, hazırda Sumqayıtda Daxili Qoşunlarda xidmət edir. Qızım həyat yoldaşı ilə birgə yaşayır, münasibətləri çox gözəldir, 4 övladları var".
Ananın körpəsi 9 aylıqdır, bu səbəbdən o, övladlarını məktəbə aparıb-gətirə bilmir. Nənə-baba isə Bakının başqa kəndində yaşadığı üçün uşaqları məktəbə aparıb-gətirməkdə ailəyə yardım edə bilmirlər. Bu səbəbdən hazırda ailənin 3 övladı məktəbə tək gedib-gəlir.
"Kənd yeridir, illərdir ki, orada uşaqlar özləri məktəbə tək gedib-gəlirlər, hər kəs də bir-birini tanıyır. Uşaqlar mağazaya, aptekə də təkcə gedib-gəlirlər", - Hüseynova bildirib.
Nənə deyir ki, qızıgil həyat yoldaşının işi ilə əlaqədar olaraq respublikanın müxtəlif bölgələrində yaşayıblar. Uşaqlar bu ildən 188 nömrəli məktəbdə oxuyurlar.
Uşağın dediyinə görə, həmin şəxsin başında papaq olub, şərfin altından tibbi maska taxıb.
Nənə mediada yayılan yanlış məlumatlara da münasibət bildirib və xahiş edib ki, bu hadisə ilə bağlı detalları dəqiq qeyd etsinlər, şişirdilmiş şəkildə təqdim etməsinlər:
"Xahiş edirəm, ünvanımız düzgün yazılsın. Ailə Mehdiabadda yaşamır, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayır. Uşaq maşından düşüb qaçmayıb. Həmin şəxs sadəcə olaraq maşından yolu soruşmaq üçün düşüb və belə olanda uşağı da özü ilə düşürərək əlindən tutub. Uşaq o zaman fürsətdən istifadə edərək qaçıb".
M.Hüseynovanın bəzi nüanslarla bağlı etirazı da var: "15-ci polis bölməsindən tədqiqatçı gəldi və mən dedim ki, oğul, bu işi sabaha saxlamayın, isti izlərlə açın. Təkərin izinə baxın, kameralara nəzər yetirin. Dedilər ki, biz sabah gəlməliyik. Axşamdan işə baxsaydılar, kameralardan da nəsə görüntü əldə edə bilərdilər, təkərin izini də görərdilər. Məsuliyyətsiz yanaşdılar deyə, biz də bunu işıqlandırdıq. Onlar gəlməli idi ki, ora başqa bir iz, təkər izi düşməsin. Mən bisavad qadınam, amma onları başa saldım. Dedim, ay oğul, bəlkə bu şəxs elə gecə ilə ölkədən çıxdı. Dedim ki, kameraya baxın, bəlkə nömrəsi düşüb".
Sosial şəbəkələrdə yayılan videolarda məktəbin kamerasının işləmədiyi deyilir. Bu və digər detalları araşdırmaq üçün həm məktəb, həm də azyaşlının ailəsi ilə əlaqə saxladıq.
Sözü gedən məktəbin direktoru Sabir Mahmudov kameraların işləməməsi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu dedi. O bildirdi ki, elə hadisə baş verəndə də kamera işləyirdi:
"Bilmirəm, valideyn bu səhv məlumatı haradan götürüb. Sadəcə olaraq həmin kamera gecə kamerası deyil. Gecə olanda kamera o hissəyə nəzarət edə bilmir. Kamera məktəbin həyətini - yəni, çöldən giriş qapısını göstərə bilir, çölünü yox".
Belə çıxır ki, oğurlanma anı kameraya düşməyib. Direktor deyir ki, DİN-in rəyi olmadan, o, bu barədə heç nə deyə bilməz:
"Hazırda bu hadisənin öyrənilməsi ilə bağlı müəyyən işlər gedir. Həmin an kameraya düşməyib, çünki qaranlıq olub, orada çoxlu insanlar qaranlıq şəkildə görünür. Lakin məktəbin çölü görünmür. Məktəbin həyətində hər bir uşağın təhlükəsizliyinə 100 faiz zəmanət veririk. Pandemiyadır, məktəbin qapıları tamamilə bağlıdır. Aşağı sinif şagirdlərinin çantalarını bizim işçilərimiz siniflərə qaldırır. Kameralarımız da işləyir. Məktəbin çölündə də bir kameramız var. Sadəcə birdən 400 şagird çıxır və hamısı da bir qapıdan".
Onun sözlərinə görə, uşaq hazırda da məktəbə gəlir və ikinci növbədə oxuyur: "Qızın heç bir travması yoxdur. Psixoloq da, özüm də uşaqla söhbət eləmişəm. Heç bir narazılıq yoxdur, çünki uşağın dediyinə görə, həmin şəxs onu ancaq maşına oturdanda zor tətbiq edib. Uşaqdır da, qaranlıqda müəyyən qədər birgə məsafəni qət ediblər deyə, onun həyəcanı olub".
Məktəb direktorunun sözlərinə görə, bu hadisə məktəbdəki davamiyyətə təsir etməyib:
"Hadisə haqda məlumatlı olduqda dərhal müəllimlərə səs atdım, valideynlərə də bildirdim ki, təşvişə düşməyə əsas yoxdur. Valideynləri, atası, elə mən də bu hadisəyə konkret olaraq uşaq oğurluğu adını qoya bilmirik".
Direktor bildirir ki, uşağın atası hərbçidir və normal ailədəndir. Direktor bu kimi halların təkrarlanmaması üçün valideynlərə də tövsiyə verib ki, övladlarına qarşı diqqətli olsunlar:
"Valideynlərə əsas tövsiyəm budur ki, övladlarına qarşı diqqətli olsunlar. Uşaqları qarşılasınlar, özləri evə aparsınlar. Məktəblilər təşkilatlanmış vəziyyətdə məktəb qapısından çıxırlar. Lakin qeyd etdiyim kimi, 400 nəfər bir qapıdan çıxır, bu səbəbdən də valideynlər özləri gəlib övladlarını götürsələr, yaxşı olar".