CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN məktəblinin oğurlanmasına cəhdlə bağlı araşdırmaya başlayıb

© AR Ministry of Internal AffairsDaxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Z.Q.-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu "Mitsubishi" markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb.
BAKI, 25 noyabr — Sputnik. Sabunçuda 5-ci sinif şagirdinin məktəbdən oğurlanmasına cəhd olunması faktı araşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, azyaşlının qaçırılması cəhdi ilə bağlı məsələ nəzarətə götürülüb:
"Bütün zəruri tədbirlər icra olunur. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".
Hadisə Pirşağı qəsəbəsində, Umudvar Əliyev küçəsində qeydə alınıb.
Qeyd edək ki, Əjdər Hüseynov adlı şəxs APA-nın qaynar xəttinə müraciət edərək bildirib ki, ötən gün saat 18 radələrində nəvəsi Z.Q. 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.
Z.Q. sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.
Z.Q. dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Q.-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu "Mitsubishi" markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z.Q. yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.
Xəbər lenti
0