Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gənclər və idman naziri qadınlarla bağlı aksiyaya qoşuldu

© Photo : Facebook / Farid GayibovGənclər və idman naziri Fərid Qayıbov "Neftçi" klubunun başlatdığı "Qadınlara Qarşı Zorakılığa Son" aksiyasına dəstək olub
Gənclər və idman naziri Fərid Qayıbov Neftçi klubunun başlatdığı Qadınlara Qarşı Zorakılığa Son aksiyasına dəstək olub - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Nazir deyib ki, 27 noyabr saat 18:15-də "Neftçi" "Səbail" ilə baş tutacaq matçına qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq.
BAKI, 26 noyabr — Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov "Neftçi" klubunun başlatdığı "Qadınlara Qarşı Zorakılığa Son" aksiyasına dəstək olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir öz Facebook hesabında bununla bağlı paylaşım edib.
"27 noyabr saat 18:15-də "Neftçi" "Səbail" ilə baş tutacaq matçına qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Hər kəsi bu görüşdə gözləyəcəyəm".
Qeyd edək ki, "Neftçi" klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də "Sabail FC" ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.
Xəbər lenti
0