Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Elman Rüstəmovun yerinə yeni rəhbər seçildi

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidməmur
məmur - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.
Tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Sloveniyada komandalar arasında Avropa Çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Qeyd edək ki, 2007-ci ildən AŞF-a Elman Rüstəmov rəhbərlik edirdi.
Xəbər lenti
0