https://sputnik.az/20211125/azerbaycanin-gorkemli-sexslerinin-yubileyleri-unesco-da-qeyd-edilecek-436663474.html
Azərbaycanın görkəmli şəxslərinin yubileyləri UNESCO-da qeyd ediləcək
Azərbaycanın görkəmli şəxslərinin yubileyləri UNESCO-da qeyd ediləcək
Sputnik Azərbaycan
BAKI, 25 noyabr — Sputnik. Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T20:54+0400
2021-11-25T20:54+0400
2021-11-25T20:54+0400
unesco
mədəniyyət
yubiley
hacı zeynalabdin tağıyev
azərbaycan
fikrət əmirov
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_0:13:2577:1462_1920x0_80_0_0_8708dccf5bb4085c6f4ef5c90724c1cb.jpg
BAKI, 25 noyabr — Sputnik. Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H. Z. Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib."Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi ilə bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub", - məlumatda bildirilib.Eləcə də oxuyun:* ABŞ səfiri: "UNESCO azad olunan ərazilərə missiya təşkil etməlidir"* Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması barədə* Ceyhun Bayramov Fransada erməniləri rüsvay etdi* Azərbaycan şəhəri yeməkləri sayəsində UNESCO-nun siyahısına düşdü
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_67:0:2334:1700_1920x0_80_0_0_534633795ddea3b95470c566d40a76ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
unesco, yubiley, hacı zeynalabdin tağıyev, azərbaycan, fikrət əmirov
unesco, yubiley, hacı zeynalabdin tağıyev, azərbaycan, fikrət əmirov
BAKI, 25 noyabr — Sputnik. Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.
Mədəniyyət Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H. Z. Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
"Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi ilə bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub", - məlumatda bildirilib.