https://sputnik.az/20211124/yasayis-minimumu-ve-ehtiyac-meyarinin-heddi-teyin-olundu-436613773.html
Yaşayış minimumu və ehtiyac meyarının həddi təyin olundu
Yaşayış minimumu və ehtiyac meyarının həddi təyin olundu
Sputnik Azərbaycan
BAKI, 24 noyabr — Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T11:19+0400
2021-11-24T11:19+0400
2021-11-24T11:19+0400
cəmiyyət
müzakirə
qanun
milli məclis
yaşayış minimumu
ehtiyac meyarı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_0:0:2001:1125_1920x0_80_0_0_d4a52174039101bd4bcd1b2146ddf5b0.jpg
BAKI, 24 noyabr — Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılıb.Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılmasının təklif edildiyini bildirib.“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyarının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Bu cari ildəki 170 manat həddindən 17,6% və ya 30 manat çoxdur. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür ki, nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq. Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.Eləcə də oxuyun:* Milli Məclisdə 500 manat söhbəti və Tahir Kərimlidən qəribə üzrxahlıq* Azərbaycanda kimlər pensiyaya vaxtından tez çıxa biləcəklər? Detallar* Parlamentdə 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_94:0:1867:1330_1920x0_80_0_0_339854f34e566a4db96bdbfb269a8b28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müzakirə, qanun, milli məclis, yaşayış minimumu, ehtiyac meyarı
müzakirə, qanun, milli məclis, yaşayış minimumu, ehtiyac meyarı
BAKI, 24 noyabr — Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Mirkişili 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılmasının təklif edildiyini bildirib.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyarının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Bu cari ildəki 170 manat həddindən 17,6% və ya 30 manat çoxdur. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür ki, nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq.
Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
* Milli Məclisdə 500 manat söhbəti və Tahir Kərimlidən qəribə üzrxahlıq