Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir

© AP Photo / Tony DejakAvtomobillər
Avtomobillər - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə təsdiq edilib.
BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ bu gün Milli Məclisdə müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə təsdiq edilib.
Eləcə də oxuyun:
* Avtomobillərin dövlət qeydiyyat nişanı üzrə rüsum qaldırılır - ən bahası 3000 manat
* Milli Məclisdə 500 manat söhbəti və Tahir Kərimlidən qəribə üzrxahlıq
* Deputat: Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi onlara tələbi artıracaq
Xəbər lenti
0