Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın mədəniyyət naziri Rusiyaya səfər edəcək

© Sputnik / Kemale Aliyeva Anar Kərimov
 Anar Kərimov - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
M.Şvıdkoy Azərbaycanın mədəniyyət nazirinin yaxın zamanda Rusiyaya səfər edəcəyinə ümidvar olduğunu bildirib.
BAKI, 24 noyabr — Sputnik. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ikitərəfli əməkdaşlığın aktivləşdirilməsini müzakirə ediblər.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Mixail Şvıdkoy Bakıdakı danışıqlar zamanı pandemiyaya baxmayaraq əlaqələrin aktivləşdirilməsi imkanlarının müzakirə olunduğunu bildirib.
O deyib ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə elan edilmiş "Nizami ili" çərçivəsində bu gün Bakıda keçirilən "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda beynəlxalq forum kimi tədbirlər buna töhfəsini verir.
M.Şvıdkoy Azərbaycanın mədəniyyət nazirinin yaxın zamanda Rusiyaya səfər edəcəyinə ümidvar olduğunu bildirib: "Növbəti əlamətdar tarix – Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi əməkdaşlığımıza yeni təkan verməlidir".
Eləcə də oxuyun:
* Anar Kərimov: "Nizami Gəncəvi Şərq və Qərb yazarlarının fikir mənbəyi olub"
* Nizami Gəncəvi Beynəlxalq Forumunda Birgə Kommünike qəbul edilib
Xəbər lenti
0