https://sputnik.az/20211122/qerblileri-yanildan-azerbaycanlilar-onlar-dunya-elminde-oz-sozlerini-demeye-davam-edirler-436536213.html
Qərbliləri yanıldan azərbaycanlılar: Onlar dünya elmində öz sözlərini deməyə davam edirlər
Qərbliləri yanıldan azərbaycanlılar: Onlar dünya elmində öz sözlərini deməyə davam edirlər
Sputnik Azərbaycan
SSRİ-nin dağılmasından sonra Qərbə axan beyinlər sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil. 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T10:01+0400
2021-11-22T10:01+0400
2021-11-22T10:01+0400
elm
yazarlar
abş
almaniya
kanada
qərbi kaspi universiteti
qərbi kaspi universitetinin tətbiqi politologiya mərkəzinin tarixçilər qrupu
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436536042_0:247:2049:1399_1920x0_80_0_0_6b901db9840e9a1d95418c8477c109e1.jpg
"Sovet alimləri 6 dildə danışır, amma rusca". SSRİ-nin bel sütunu Rusiyanın 30 ildə Avropa, Yaponiya, ABŞ istehsalı olan avtomobillərin komfortunu təkrarlayan maşın istehsal edə bilməməsi, ən müasir "Lada"ların köhnə "Jiquli"lərdən yalnız dizaynı ilə fərqlənməsi sübut etdi ki, Rusiya sovet texnologiyalarından çox da uzağa gedə bilməyib.Sovetlər dağılan kimi ittifaq alimlərinin çoxu dünyaya çıxmağı bacardılar, özlərini təsdiq edənlər də çox oldu. Hətta sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil. Amma onlara Avropanın qucaq açması bu fikrə əks-arqument deyil. İstənilən halda, bu coğrafiyadan, xüsusilə Sovetin xələfi kimi qəbul etdikləri Rusiyadan beyin axını Qərbin maraqları ilə sinxronluq təşkil edirdi.Belə axınlarda gedənlərdən biri də Məsud Əfəndiyevdir. Ötən həftə görüşdüyüm dünyaya çıxan riyaziyyatçı alimimiz. M.Əfəndiyevi indi nəinki Almaniyada tanıyırlar, həm də böyük alim kimi qəbul edir, digər Qərb ölkələrinin aparıcı universitetlərinə mühazirə söyləməyə çağırırlar.Ötən həftə Bakıda idi. Qərbi Kaspi Universitetində keçirilən "Gələcəyin enerjisi" həftəsində iştirak edirdi, bir-birindən dəyərli məruzələrlə çıxış etdi.Tək deyildi. Daha bir həmvətənlimiz onunla bərabər bu Həftənin iştirakçısı idi: Ferudin Həmdullahpur. 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olan F.Həmdullahpur enerji məsələləri üzrə dünyada tanınan mütəxəssisdir, sonuncu dünya təhsil formunun spikerlərindən biridir. Bu olduqca alicənab insan, bir həftə ərzində onunla ünsiyyətdə olan bütün hər kəsdə xoş xatirələr buraxdı. Əslən azərbaycanlıdır, Türkiyədə doğulub. Qürurvericidir.Zarafat deyil, həmvətənlimiz dünyanın ən yaxşı universitetlərindən birinə 10 il ərzində rəhbərlik edib. Bu, əslində Kanada üçün də qürur yaradır – deməli, Qərbdə doğrudan da etnik mənsubiyyət sosial liftə mane olmur. Bacarığın və intellektin var, vəssalam, daha baxmırlar ki, sənin adın İranı, Türkiyəni, Hindistanı xatırladır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436536042_0:55:2049:1591_1920x0_80_0_0_1312190518eea30e7ccc3b1f1252dbea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
elm, abş, almaniya, kanada, qərbi kaspi universiteti, qərbi kaspi universitetinin tətbiqi politologiya mərkəzinin tarixçilər qrupu
elm, abş, almaniya, kanada, qərbi kaspi universiteti, qərbi kaspi universitetinin tətbiqi politologiya mərkəzinin tarixçilər qrupu
Qərbliləri yanıldan azərbaycanlılar: Onlar dünya elmində öz sözlərini deməyə davam edirlər
SSRİ-nin dağılmasından sonra Qərbə axan beyinlər sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil.
"Sovet alimləri 6 dildə danışır, amma rusca". SSRİ-nin bel sütunu Rusiyanın 30 ildə Avropa, Yaponiya, ABŞ istehsalı olan avtomobillərin komfortunu təkrarlayan maşın istehsal edə bilməməsi, ən müasir "Lada"ların köhnə "Jiquli"lərdən yalnız dizaynı ilə fərqlənməsi sübut etdi ki, Rusiya sovet texnologiyalarından çox da uzağa gedə bilməyib.
Sovetlər dağılan kimi ittifaq alimlərinin çoxu dünyaya çıxmağı bacardılar, özlərini təsdiq edənlər də çox oldu. Hətta sübut etdilər ki, onların bütün texnologiyaları ABŞ-dan, Almaniyadan oğurlaması barədə deyilənlər doğru deyil. Amma onlara Avropanın qucaq açması bu fikrə əks-arqument deyil. İstənilən halda, bu coğrafiyadan, xüsusilə Sovetin xələfi kimi qəbul etdikləri Rusiyadan beyin axını Qərbin maraqları ilə sinxronluq təşkil edirdi.
Belə axınlarda gedənlərdən biri də Məsud Əfəndiyevdir. Ötən həftə görüşdüyüm dünyaya çıxan riyaziyyatçı alimimiz. M.Əfəndiyevi indi nəinki Almaniyada tanıyırlar, həm də böyük alim kimi qəbul edir, digər Qərb ölkələrinin aparıcı universitetlərinə mühazirə söyləməyə çağırırlar.
Ötən həftə Bakıda idi. Qərbi Kaspi Universitetində keçirilən "Gələcəyin enerjisi" həftəsində iştirak edirdi, bir-birindən dəyərli məruzələrlə çıxış etdi.
Tək deyildi. Daha bir həmvətənlimiz onunla bərabər bu Həftənin iştirakçısı idi: Ferudin Həmdullahpur. 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olan F.Həmdullahpur enerji məsələləri üzrə dünyada tanınan mütəxəssisdir, sonuncu dünya təhsil formunun spikerlərindən biridir. Bu olduqca alicənab insan, bir həftə ərzində onunla ünsiyyətdə olan bütün hər kəsdə xoş xatirələr buraxdı. Əslən azərbaycanlıdır, Türkiyədə doğulub. Qürurvericidir.
Zarafat deyil, həmvətənlimiz dünyanın ən yaxşı universitetlərindən birinə 10 il ərzində rəhbərlik edib. Bu, əslində Kanada üçün də qürur yaradır – deməli, Qərbdə doğrudan da etnik mənsubiyyət sosial liftə mane olmur. Bacarığın və intellektin var, vəssalam, daha baxmırlar ki, sənin adın İranı, Türkiyəni, Hindistanı xatırladır.