Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

PZR testlərin cavabı niyə gecikir? Rəsmi açıqlama

© AFP 2024 / INA FASSBENDERKoronavirus testləri, arxiv şəkli
Koronavirus testləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Vətəndaşlar bildirirlər ki, testin nəticəsi olmadan həkimlər koronavirusa görə müalicə təyin etmirlər. Bu isə onların səhhətinin daha da ağırlaşmasına gətirib çıxarır.
BAKI, 22 noyabr — Sputnik. Koronavirusa görə götürülən PZR testlərin cavablarının gecikməsi vətəndaşlar arasında narahatlığa səbəb olub. Vətəndaş Eldost Azayev Sputnik Azərbaycan-a bildirib ki, ailə üzvləri noyabrın 13-də koronavirusa görə test götürülməsi üçün Saatlı rayonunda ərazi üzrə təcili və təxirəsalınmaz tibbi yardıma müraciət ediblər. Elə həmin gün gəlib ailə üzvlərindən PZR testi götürsələr də, testin cavabı noyabrın 18-də gəlib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən onlara gələn mesajda isə analizin götürülmə tarixi üç gün gec, noyabrın 16-da göstərilib.
Qeyd edək ki, son vaxtlar sosial platformada koronavirusa görə götürülən PZR testin nəticəsinin gec gəlməsindən şikayətlər artır. Vətəndaşlar bildirirlər ki, testin nəticəsi olmadan həkimlər koronavirusa görə müalicə təyin etmirlər. Bu isə onların səhhətinin daha da ağırlaşmasına gətirib çıxarır.
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.11.2021
SƏHİYYƏ
Koronavirusa qarşı unikal immunitet
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, testlərin sayından asılı olaraq nəticələri 1-3 gün ərzində məlum olur. Daha müfəssəl araşdırmanı vətəndaşın ad, soyadı və fin kodu əsasında aparmaq mümkündür.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, koronavirusa görə test laboratoriyaya təqdim ediləndə məlum olma müddəti 6 saatdır. Amma müraciət sayının az və çox olmasından asılı olaraq bu müddət dəyişə bilər.
İnfeksionistlər isə koronavirusa görə testlərin cavabının gec çıxmasının yoluxma, ölüm və ağırlaşmaya gətirib çıxardığını bildirirlər. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa görə götürülən testin cavabı vətəndaşa 6 saat, ən geci isə 24 saat müddətində bildirilməlidir. Testin cavabının günlərlə ləngidilməsi xəstələr arasında ölüm hallarına gətirib çıxardır.
"Xəstə virusa yoluxduğunu zənn edib özündə hiss etdiyi əlamətlərə görə test verir. Amma günlərlə testin cavabını gözləməli olur. Belə halda həmin vətəndaş ətrafdakı insanları yoluxdurur. Bu isə yoluxma sayının sürətlə artmasına gətirib çıxardır. Xəstə həkimə müraciət etdikdə həkim testin cavabı olmadığından müalicə tətbiq edə bilmir. Bu zaman xəstənin vəziyyəti vaxtında müalicəyə başlanılmadığı üçün ağırlaşır. Elə xəstələr var ki, onlarda müalicənin gec başlanması ölümə səbəb olur. Ona görə də testin cavabı ən geci 24 saat ərzində vətəndaşa bildirilməlidir".
Ə.Rüstəm deyir ki, testin cavabı gec gəldiyi halda özündə koronavirusa yoluxma əlamətləri hiss edən vətəndaşlar özünütəcrid rejiminə keçməlidirlər. Eyni zamanda həkim tövsiyəsi əsasında yüngül formada xəstəliklə mübarizəyə başlanılmalıdır ki, ağırlaşma olmasın.
Ə.Rüstəmin sözlərinə görə, xüsusilə uşaqlar arasında testin nəticəsi bəlli olanadək onların təhsil müəssisələrinə göndərilməsi yolverilməzdir: "Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Onlar testin cavabı geciksə belə, uşağı məktəbə göndərməməlidirlər. Çünki təhsil müəssisələri yoluxmanın artmasına təkan verən məkandır. Sinif otaqları qapalı olduğundan və şagird kontingenti çox olduğundan yoluxma belə yerlərdə sürətlə artır.
Onun sözlərinə görə, aidiyyəti qurum testlərin cavablarının daha çevik göndərilməsi üçün məsuliyyət daşıyır.
Eləcə də oxuyun:
* Rəşad Mahmudov: "COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir"
* Koronavirus pandemiyası nə vaxt səngiyəcək - Bill Geytsin ehtimalı
* Hərbi alimlər orqanizmdə COVID-19 konsentrasiyasını azaldan qida əlavəsi yaradıblar
Xəbər lenti
0