Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Amerika kəndi Putini tanımadığını bəyan edib

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
ABŞ Konqresinin iki üzvü, əgər 2024-cü ildə seçilərsə, Vladimir Putinin Rusiya prezidenti kimi tanınmaması barədə qətnamə qəbul edilməsi təklifi ilə çıxış edib. Bu xəbər əslində “Qəribəliklər yaxındadır” rubrikasına aiddir.
BAKI, 22 noyabr — Sputnik. Vladimir Putinin kim olduğu hamıya məlumdur. Onun vaxtında Rusiya dünyanın ən çiçəklənən və azad ölkələrinin sırasına daxil olub və özünə fövqəldövlət statusunu qaytarıb. Bütün bunlar haqqında tarixçilər hələ yüz il sonra yazacaqlar. Qətnamə müəllifləri barədə isə ortaya sual çıxır: kimdir bu adamlar?
Respublikaçı Co Uilsonu və demokrat Stiv Koeni onların ikisinin də Konqresdə ucqar, geridə qalmış əyaləti təmsil etmələri birləşdirir. Yəni tərəqqipərvər insanların mühafizəkarlığına və köhnə fikirliliyə görə getməyə ar etdikləri tipik folknersayağı ucqar yer.
Koen Tennessi ştatından seçilib - o, ştatdakı qaradərililəri Konqresdə təmsil edən ilk ağ yəhudi olması ilə fəxr edir. Onun seçiciləri bazar günləri böyük kilsələrdə xorla dini nəğmələri oxuyan və ən qəribə şeylərə inanan həmin gözəl insanlardır. Tennessi ştatında uşaqlara qanuni şəkildə məktəb meydançalarında əl-ələ tutmaq qadağandır. Səbəb dindar sakinlərin bunu günah saymalarıdır.
Bu patriarxal ucqara Stiv Koen illərlə demokratik idealları daşıyıb – marixuananın leqallaşmasını və gey nikahları. O həmçinin heyvanların hüquqları uğrunda mübarizə aparıb. İndi əgər sahibinin diqqətsizliyi ucbatından Tennessidə pişik ölsə, onun yiyəsi 5 min dollar məbləğində cərimə ödəməlidir.
Respublikaçı Co Uilson Şimali Karolinadan seçilib. Bu ştatda atı hamamda saxlamaq qanunla qadağan edilib. Uilson istefada olan hərbçidir, Konqresin müxtəlif komitələrinin, o cümlədən məktəb dərnəkləri üzrə komitənin üzvüdür. Onun böyük siyasətdə yeganə nailiyyəti Konqresdə tibbi sığortanın müzakirəsi zamanı prezident Obamanın ünvanına “Siz yalan deyirsiniz!” hayqırtısı olub. Düzdür, onu dərhal üzr istəməyə məcbur ediblər.
Siz təsəvvür edirsiniz, bu atlı və pişikli əyalət adamlarına Nyu-York, Boston, San-Fransiskodan olan, Harvard və Yelin məzunları necə baxırlar? Onlar gülüş obyekti, gəzən lətifələrdir. Konqresdəki statuslarını qaldırmaq üçün Koen və Uilson Rusiya ilə məşğul olmağa başlayıblar.
Avqustda onlar Rusiya idmanının əleyhinə yönəlmiş “Qızıl akt” adlı qanun layihəsini irəli sürüblər. Biz o barədə yazmışıq. Orada ABŞ-ın güc strukturlarına Rusiya idmanına hər hansı aidiyyəti olan insanları bütün dünya üzrə tutmaq təklif olunur. Üç ay keçməmiş Koen və Uilson Rusiya prezidentinin tanınmaması barədə qətnamə hazırlayıblar. Yəqin, onların qrafiki belədir. Onlar hər rübdə rusofob təşəbbüslə çıxış edəcəklər.
Putinin bu məsələyə ümumiyyətlə nə aidiyyatı var? Yəqin ki, konqresmenlərin fikirlərinin gedişatı belədir: Vladimir Putin amerikalı tərəfdarların neçə illər ərzində yaratdıqları böhranlar silsiləsini uğurla dəf edib.
Bu modelləşdirilmiş faciələrin çoxu Rusiya əhalisindənsə amerikalılara daha sərt zərbə vurdu. 2007-2008-ci illərin böhranını ABŞ-da Böyük tənəzzül adlandırırlar. O, iflaslar silsiləsi, bütöv regionların müflisləşməsi və intiharlar dalğası ilə yadda qaldı. Rusiya rublun düşməsi ilə canını qurtardı. Lakin rusiyalılar o vaxt kütləvi surətdə ucuzlaşmış daşınmaz əmlak almağa girişdilər.
Eyni şey 2014-cü ildə də təkrar edildi. Rublun ucuzlaşmasına rusiyalılar ənənəvi reaksiya verdilər – yenə ev və mənzil almağa başladılar.
Pandemiya böhranı da kimin nəyə qadir olduğunu göstərdi. Amerikada boş piştaxtalar, hər şeyin çatışmazlığı, ölüm rekordları. Rusiya isə bu zaman ərzində ipoteka kreditləşməsinin artımına dair rekordlar vurur.
Rusiya prezidentinin bəzi xüsusilə uğurlu qərarlarını amerikalılar təkrar etməyə başlayıblar. ABŞ Konqresində qəbul olunmuş infrastruktur qanunu nədir? Bəli, bu həmin köhnə avtomobil və dəmir yollarının rekonstruksiyası və yenilərinin tikilməsi proqramıdır. Rusiya on illərdir ki, bu proqramı həyata keçirir.
Burada iki üstəgəl ikinin cavabını tapmaq və 2024-cü ildə Putinin prezident seçkilərinə gedəcəyi halda rusiyalıların kimə səs verəcəyini bilmək çətin deyil. Bu hesablama hətta Amerikanın ucqarından olan konqresmenlər üçün də çətin olmayıb. Onların təşəbbüsü də belə ortaya çıxıb.
ABŞ parlamentinin üzvləri arasında həmişə çoxlu “zay adamlar” olub. 2006-cı ildə intellektual Amerika jurnalı Rolling Stone ümumiyyətlə Konqresi “oğruların və əxlaqsızların yığını” adlandırıb. Əlbəttə, amerikalılar daha dəqiq bilirlər.
Absurd təşəbbüslərin çoxunun hətta müzakirəyə belə buraxılmadığını da qeyd etmək lazımdır. Koen və Uilsonun ideyasının Konqresdə müzakirəsi ABŞ-ın ali qanunverici hakimiyyətinin böyük deqradasiyasının təzahürüdür.
Haqlı şəkildə qeyd olunur ki, belə bir qətnamənin qəbulu beynəlxalq hüququn kobud şəkildə pozulması, Rusiyadakı seçkilərə aşkar müdaxilə olardı. Lakin düzünü deyək – kimsə bu müdaxiləni görəcək?
Belə bir qətnamə 20-30 il əvvəl ortaya çıxsa idi, yəqin ki, o, Rusiya vətəndaşlarına nəsə təsir edərdi. O vaxt Amerika hegemon sayılırdı. Onun fikrinin müəyyən çəkisi var idi. Bəs bu gün? Ölkə yarımdağılmış vəziyyətdədir, trilyonlarla borcu var, dalbadal hərbi məğlubiyyətlərə uğrayır, seçicilərin yarısı prezidenti psixi cəhətdən yararsız sayır. Və bu ölkə harasa müdaxilə etməyə və kiməsə yön verməyə hazırlaşır? Ciddisiniz?
Kədərli olan odur ki, özünün uçuruma doğru gedən yolunda keçmiş hegemon özünəhörmətin son qalıqlarını da itirir. Amerikanın süqutunun böyük ətaləti var. Ölkə özü uçuruma yuvarlanır və müttəfiqlərini də ardınca dartır. Onlar da məsələn, Lukaşenkonu tanımamağa başlayırlar. Belarus prezidentinə bunun isti-soyuğu yoxdur, lakin beləliklə bütün beynəlxalq hüquq sistemi zibilliyə gedir.
Rusiya-ABŞ münasibətlərinin bütün tarixi boyu Rusiya sivilizator rolunda çıxış etməyə cəhd göstərib. Əgər İkinci Yekaterinanın İngiltərəyə köməyə qoşun göndərməmək barədə qərarı olmasa idi, bir ovuc separatçı heç vaxt ABŞ-ı yarada bilməzdi. II Aleksandrın təhkimçilik hüququnu ləğv etmək qərarı amerikalıların formal da olsa, köləliyinin ləğvinə sövq etdi. Sovet əsgərlərinin igidliyinin sayəsində amerikalılar faşist qoşunlarının darmadağın edilməsində iştirak etmək imkanı qazandılar.
Əslində 2024-cü ildə amerikalı qanunvericilər Putin barədə düşünməkdənsə öz seçkilərinin qeydinə qalmalıdırlar. 2020-ci ildə prezident seçkilərində saxtakarlıqların dəhşətli miqyasları ona gətirib ki, on milyonlarla amerikalı bu gün Co Baydenin legitimliyinə inanmır.
Səs verənləri əzişdirmək və qorxutmaq olmaz – Amerikadakı kimi. Müşahidəçiləri səslərin sayılması proseduruna buraxmamaq olmaz. Müstəqil jurnalistləri təqib etmək olmaz. Bütün bunlar çətin deyil. Absurd işlərlə məşğul olmaq əvəzinə, amerikalı konqresmenlər 2024-cü ildə Rusiyaya gələrək seçkilərin düzgün keçirilməsini öyrənə bilərlər. Əvvəl-axır folknersayağı ucqardan çıxaraq sivilləşmək vaxtıdır.
Xəbər lenti
0