https://sputnik.az/20211121/azerbaycanli-nazir-ran-xn-bascisi-ile-ne-danisib--436534767.html
Abdullahiyanın təbriki, yaxud azərbaycanlı nazir İran XİN başçısı ilə nə danışıb?
Abdullahiyanın təbriki, yaxud azərbaycanlı nazir İran XİN başçısı ilə nə danışıb?
Sputnik Azərbaycan
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında... 21.11.2021, Sputnik Azərbaycan
2021-11-21T23:33+0400
2021-11-21T23:33+0400
2021-11-21T23:33+0400
siyasət
şahin mustafayev
iran
əmir abdullahiyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436559608_0:0:1200:676_1920x0_80_0_0_1da32dabf8e27bc3746994500221ebae.jpg
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanla görüşüb.İran XİN başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə Ş.Mustafayevə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdollahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.***Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Ş.Mustafayev bu gün İranın neft naziri Cavad Oci və yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə də görüşüb.İran mətbuatı Ş.Mustafayevin Tehrana səfərini geniş işıqlandırıb.Həmçinin oxuyun:Azərbaycanlı nazir İranda vacib görüşlər keçiribTürkmənistandan Naxçıvanadək: İranda qaz mübadiləsi ilə bağlı razılıq əldə olundu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436559608_80:0:1147:800_1920x0_80_0_0_df6e99d989d260f0e64c4cb5a8f051b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahin mustafayev, iran, əmir abdullahiyan
şahin mustafayev, iran, əmir abdullahiyan
Abdullahiyanın təbriki, yaxud azərbaycanlı nazir İran XİN başçısı ilə nə danışıb?
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparıb.
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanla görüşüb.
İran XİN başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə Ş.Mustafayevə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdollahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ş.Mustafayev bu gün İranın neft naziri Cavad Oci və yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə də görüşüb.
İran mətbuatı Ş.Mustafayevin Tehrana səfərini geniş işıqlandırıb.