NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Türkmənistandan Naxçıvanadək: İranda qaz mübadiləsi ilə bağlı razılıq əldə olundu

© AP Photo / Joerg SarbachQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
İranın neft naziri Cavad Oci bildirib ki, qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olunub.
BAKI, 21 noyabr - Sputnik. İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Oci ilə görüşüb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, C.Oci görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan nümayəndə heyəti ilə çox konstruktiv görüş keçirdiyini bildirib.
İran və Azərbaycanda çox böyük neft və qaz yataqlarının olduğunu deyən C. Oci iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcud olduğunu vurğulayıb:
"Bugünkü iclasda qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi (Swop) haqqında, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olundu".
Xəzər dənizindəki neft və qaz yataqlarından danışan C.Oci qeyd edib ki, bu sahə ilə bağlı da Azərbaycan nümayəndə heyəti ilə ilkin danışıqlar aparılıb, ekspertlər müzakirələri davam etdirir: "Ümid edirəm ki, yaxın həftələrdə neft, qaz və Xəzərdə neft - qaz yataqlarının işlənməsi ilə bağlı yaxşı razılıq əldə olunacaq".
Ş. Mustafayev isə deyib ki, Azərbaycan və İran dost və qonşu ölkələrdir, iki ölkənin xalqları arasında tarixi bağlar mövcuddur:
"İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusi ilə enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Görüşdə enerji sahəsində iki ölkənin əməkdaşlıq perspektivi müzakirə olundu. Enerji sahəsində bir sıra yeni layihələr haqqında danışıq apardıq. İnanıram ki, yaxın gələcəkdə müzakirələrimiz yeni sənədlərin imzalanması ilə nəticələnəcək".
Azərbaycan ekspertlər qrupunun İranda olduğunu nəzərə çatdıran Ş.Mustafayev qeyd edib ki, ekspertlər qrupu danışıqlar aparır.
Həmçinin oxuyun:
Azərbaycanlı nazir İranda vacib görüşlər keçirib
Xəbər lenti
0