Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ABŞ Azərbaycana daha 30 minaaxtaran it hədiyyə edəcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA-ya məxsus it Qarabağda mina ərazisində
ANAMA-ya məxsus it Qarabağda mina ərazisində - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici mina axtaran 30 it hədiyyə ediləcək
BAKI, 21 noyabr - Sputnik. ABŞ Azərbaycana daha 30 minaaxtaran it hədiyyə edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir.
"Bugünə qədər ABŞ-ın Marşal İrsi İnstitutu 40 xilasedici mina axtaran it hədiyyə etməkdən qürur duyur. İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər. Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici mina axtaran 30 it hədiyyə ediləcək", - Səfirliyin məlumatında deyilir.
Xatırladaq ki, noyabrın 12-də Böyük Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə kömək göstərməsi üçün Azərbaycana daha bir mütəxəssis göndərib.
“Böyük Britaniyadan olan minalardan təmizləmə üzrə daha bir mütəxəssisimiz ANAMA-ya dəstək üçün işə başlayıb”, - deyə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter səhifəsində yazıb.
Həmçinin oxuyun:
Üç azərbaycanlının faciəsi: Minalanmamış ərazidə partlayışın təfərrüatı
Xəbər lenti
0