CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç azərbaycanlının faciəsi: Minalanmamış ərazidə partlayışın təfərrüatı

© Photo : REPORTPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Zəngilanda iki nəfər, Goranboyda isə bir nəfər minaya düşüb.
BAKI, 20 noyabr - Sputnik. Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun minaya düşməsinin təfərrüatı məlum olub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadə bildirir ki, Ş.Qarayev Tapqaraqoyunlu kəndinin yaxınlığında minaya düşüb. Həmin ərazi əvvəllər minalanmış ərazi olmayıb. Həmin minanı başqa ərazidən sel suları gətirib.
Qeyd olunub ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya olunacaq.
-----------
13:14
Goranboy rayon sakini minaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hazırda Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.
------------
10:23
Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayev və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayev tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0