https://sputnik.az/20211119/terrorla-mubarize-davam-edir-9-yaraqli-mehv-edildi-436497096.html
Terrorla mübarizə davam edir: 9 yaraqlı məhv edildi
Terrorla mübarizə davam edir: 9 yaraqlı məhv edildi
Sputnik Azərbaycan
Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" əməliyyatlarına başlayıb. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T19:23+0400
2021-11-19T19:23+0400
2021-11-19T19:23+0400
pkk
dünya xəbərləri
terror
türkiyə
suriya
https://cdnn1.img.sputnik.az/img/42328/73/423287372_0:0:3072:1728_1920x0_80_0_0_9da0fd402fdd6b4c0f269d9bac40b5f4.jpg
BAKI, 19 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda PKK və YPG terror təşkilatlarının üzvlərinə qarşı əməliyyatları davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.Məlumatda bildirilir ki, əməliyyatlar nəticəsində 9 terrorçu zərərsizləşdirilib.Vurğulanır ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı zonasında üç yaraqlı zərərsizləşdirilib, digər terrorçular isə Suriya ərazisində keçirilən "Sülh mənbəyi" və "Zeytun Budağı" əməliyyatları zonasında neytrallaşdırılıb.Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" əməliyyatlarına başlayıb. Əməliyyatlar Tuneli vilayətinin Mərcan Dağları bölgəsində həyata keçiriləcək.Ümumilikdə əməliyyatlara nazirliyin 1060 personalı cəlb olunacaq. Əməliyyatda iştirak edən şəxsi heyət arasında qadın gizirlərin də olduğu bildirilib.Xatırladaq ki, sentyabr ayında Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.Terrorçulara qarşı əməliyyat davam edir.Həmçinin oxuyun: Türkiyə gözlənilmədən yeni əməliyyata başlayıbABŞ-dan Türkiyə ilə bağlı "F-35" və "f-16" açıqlaması: "S-400"lə yaranan buzları əritməli
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42328/73/423287372_218:0:2949:2048_1920x0_80_0_0_1f8e1f24a021cce71f81ed24fa8e9065.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pkk, terror, türkiyə, suriya
pkk, terror, türkiyə, suriya
Terrorla mübarizə davam edir: 9 yaraqlı məhv edildi
Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" əməliyyatlarına başlayıb.
BAKI, 19 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda PKK və YPG terror təşkilatlarının üzvlərinə qarşı əməliyyatları davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, əməliyyatlar nəticəsində 9 terrorçu zərərsizləşdirilib.
Vurğulanır ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı zonasında üç yaraqlı zərərsizləşdirilib, digər terrorçular isə Suriya ərazisində keçirilən "Sülh mənbəyi" və "Zeytun Budağı" əməliyyatları zonasında neytrallaşdırılıb.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" əməliyyatlarına başlayıb. Əməliyyatlar Tuneli vilayətinin Mərcan Dağları bölgəsində həyata keçiriləcək.
Ümumilikdə əməliyyatlara nazirliyin 1060 personalı cəlb olunacaq. Əməliyyatda iştirak edən şəxsi heyət arasında qadın gizirlərin də olduğu bildirilib.
Xatırladaq ki, sentyabr ayında Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.
Terrorçulara qarşı əməliyyat davam edir.