https://sputnik.az/20211119/abs-dan-turkiye-ile-bagli-f-35-ve-f-16-aciqlamasi-s-400le-yaranan-buzlari-eritmeli-436486937.html
ABŞ-dan Türkiyə ilə bağlı "F-35" və "f-16" açıqlaması: "S-400"lə yaranan buzları əritməli
ABŞ-dan Türkiyə ilə bağlı "F-35" və "f-16" açıqlaması: "S-400"lə yaranan buzları əritməli
Sputnik Azərbaycan
Rusiya və Türkiyə arasında 2017-ci ildə “S-400” raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T18:23+0400
2021-11-19T18:23+0400
2021-11-19T18:23+0400
qırıcı
dünya xəbərləri
abş
türkiyə
rusiya
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
s-400
"f-35" qırıcı təyyarəsi
"patriot" havadan müdafiə sistemi
https://cdnn1.img.sputnik.az/img/42391/77/423917782_0:321:3071:2048_1920x0_80_0_0_a5f3299f0717261c52925286d09f420e.jpg
BAKI, 19 noyabr — Sputnik. Türkiyə ilə iş birliyimizi dərinləşdirməkdə qərarlıyıq. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət katibinin Avropa və Avrasiya İşləri üzrə köməkçisi Karen Donfried bildirib.Bu vəzifəyə yeni təyin olunduğunu bildirən Donfried Türkiyəyə səfəri ilə bağlı bunları deyib: "Vəzifəmdə olduğum vaxtda ən qısa zamanda Türkiyəni ziyarət etmək mənim üçün önəmli idi. Bu da Türkiyənin köklü və dəyərli NATO ortağı olmasının göstəricisidir. Bir çox ortaq maraqları paylaşırıq və birlikdə edə biləcəyimiz çox şey var. Bununla əlaqədar Ankaraya gələrək bu görüşləri şəxsən həyata keçirmək üçün can atırdım".Türkiyənin "F-35" proqramından çıxarılması və "F-16"-ların tədarükü ilə bağlı məsələyə Donfried çox qısa cavab verib: "ABŞ və Türkiyə çoxtərəfli, sağlam müdafiə münasibətlərinə sahibdir".Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə "S-400" raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında Türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub. Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya "F-35" qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.Ankara isə öz növbəsində "S-400" komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə "S-400" komplekslərinin ikinci alayının alınması ilə bağlı danışıqlar aparır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42391/77/423917782_373:225:2644:1928_1920x0_80_0_0_db11487641680de081787b162033136a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırıcı, abş, türkiyə, rusiya, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, s-400, "f-35" qırıcı təyyarəsi, "patriot" havadan müdafiə sistemi
qırıcı, abş, türkiyə, rusiya, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, s-400, "f-35" qırıcı təyyarəsi, "patriot" havadan müdafiə sistemi
ABŞ-dan Türkiyə ilə bağlı "F-35" və "f-16" açıqlaması: "S-400"lə yaranan buzları əritməli
Rusiya və Türkiyə arasında 2017-ci ildə “S-400” raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb.
BAKI, 19 noyabr — Sputnik. Türkiyə ilə iş birliyimizi dərinləşdirməkdə qərarlıyıq. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət katibinin Avropa və Avrasiya İşləri üzrə köməkçisi Karen Donfried bildirib.
Bu vəzifəyə yeni təyin olunduğunu bildirən Donfried Türkiyəyə səfəri ilə bağlı bunları deyib:
"Vəzifəmdə olduğum vaxtda ən qısa zamanda Türkiyəni ziyarət etmək mənim üçün önəmli idi. Bu da Türkiyənin köklü və dəyərli NATO ortağı olmasının göstəricisidir. Bir çox ortaq maraqları paylaşırıq və birlikdə edə biləcəyimiz çox şey var. Bununla əlaqədar Ankaraya gələrək bu görüşləri şəxsən həyata keçirmək üçün can atırdım".
Türkiyənin "F-35" proqramından çıxarılması və "F-16"-ların tədarükü ilə bağlı məsələyə Donfried çox qısa cavab verib: "ABŞ və Türkiyə çoxtərəfli, sağlam müdafiə münasibətlərinə sahibdir".
Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə "S-400" raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında Türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub.
Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya "F-35" qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.
Ankara isə öz növbəsində "S-400" komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə "S-400" komplekslərinin ikinci alayının alınması ilə bağlı danışıqlar aparır.