https://sputnik.az/20211119/daha-3-ermeni-herbcinin-cesedi-yerevana-tehvil-verildi-436499677.html
Daha 3 erməni hərbçinin cəsədi Yerevana təhvil verildi
Daha 3 erməni hərbçinin cəsədi Yerevana təhvil verildi
Sputnik Azərbaycan
Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan 3 erməni hərbçisinin cəsədi Sünik vilayətinin İşxanasar kəndinin inzibati... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T18:40+0400
2021-11-19T18:40+0400
2021-11-19T18:46+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
sülhməramlılar
azərbaycan və ermənistan arasında müharibə
rüstəm muradov
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425440523_0:0:2859:1608_1920x0_80_0_0_6dc856bc487fe3c97d9184631aef872d.jpg
BAKI, 19 noyabr - Sputnik. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan 3 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verilib.Sputnik Ermənistan xəbər verir ki, ilkin məlumatlara görə, cəsədlər Sünik vilayətinin İşxanasar kəndinin inzibati ərazisindən təxliyə edilib.Cəsədlər cümə günü Yerevana çatdırılıb. Hərbçilərin şəxsiyyətləri ilə bağlı məlumatları Ermənistan Müdafiə Nazirliyi açıqlayacaq.Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da baş verən hərbi insident zamanı öldürülən 1 erməni hərbçisinin meyitini ayın 17-də Yerevanda aidiyyatı üzrə təhvil verib.Azərbaycan-Ermənistan təmas xəttində gərginlikQeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.Ermənistanın Müdafiə Nazirliyinin noyabrın 16-da baş vermiş qarşıdurmada silahlı qüvvələrinin verdiyi itkilər barədə yaydığı məlumata görə, altı hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.Həmçinin oxuyun:Rüstəm Muradov Bakıdan apardığı cəsədi Ermənistanın yeni müdafiə nazirinə təhvil veribErmənistan Müdafiə Nazirliyi verdikləri itkilər barədə məlumat yaydıRusiya və Aİ nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblərAnkaradan sərhəddəki gərginliyə münasibət: Ermənistan təxribatı davam etdirsə...Kreml sərhəddə baş verənlər barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425440523_0:0:2731:2048_1920x0_80_0_0_05876130f549ba56e2c0278c2583672c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ermənistan, sülhməramlılar, azərbaycan və ermənistan arasında müharibə, rüstəm muradov
ermənistan, sülhməramlılar, azərbaycan və ermənistan arasında müharibə, rüstəm muradov
Daha 3 erməni hərbçinin cəsədi Yerevana təhvil verildi
18:40 19.11.2021 (Yenilənib: 18:46 19.11.2021) Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan 3 erməni hərbçisinin cəsədi Sünik vilayətinin İşxanasar kəndinin inzibati ərazisindən təxliyə edilib.
BAKI, 19 noyabr - Sputnik. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan 3 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verilib.
Sputnik Ermənistan xəbər verir ki, ilkin məlumatlara görə, cəsədlər Sünik vilayətinin İşxanasar kəndinin inzibati ərazisindən təxliyə edilib.
Cəsədlər cümə günü Yerevana çatdırılıb. Hərbçilərin şəxsiyyətləri ilə bağlı məlumatları Ermənistan Müdafiə Nazirliyi açıqlayacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da baş verən hərbi insident zamanı öldürülən 1 erməni hərbçisinin meyitini ayın 17-də Yerevanda aidiyyatı üzrə təhvil verib.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyinin noyabrın 16-da baş vermiş qarşıdurmada silahlı qüvvələrinin verdiyi itkilər barədə yaydığı məlumata görə, altı hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.