SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ankaradan sərhəddəki gərginliyə münasibət: Ermənistan təxribatı davam etdirsə...

© Sputnik / Murad OrujovAzərbaycan və Türkiyə bayraqları, arxiv şəkli
Azərbaycan və Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Türkiyə XİN başçısı deyib ki, bölgədə sabitliyin və sülhün bərqərar olması üçün birlikdə addım atılmalıdır. Ermənistan yalnız təxribatla məşğul olacaqsa, uduzacaq.
BAKI, 17 noyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sərhədində noyabrın 16-da yaşanan gərginliyə münasibət bildirib.
Sputnik Azərbaycan "TRT Haber"-ə istinadla bildirir ki, Türkiyəli nazir Bəhreynli həmkarı ilə birgə mətbuat konfransında bu məsələyə toxunaraq deyib:

"Can Azərbaycan tək deyil, tək olmayacaq, Biz Azərbaycanı yalnız qoymarıq. Ermənistanın təxribatları Azərbaycan torpaqlarına terror hücumudur. Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi bağlamağı təklif edib. Bunu müharibədə qalib gələn və daha güclü olan tərəf kimi edib. Ermənistan isə atəşkəsdən dərhal sonra öz əsgərlərinin bir hissəsini Azərbaycan ərazisinə göndərərək hücuma keçib. Bu səhv mövqedir".

Türkiyəli nazir onu da bildirib ki, bölgədə sabitliyin və sülhün bərqərar olması üçün birlikdə addım atılmalıdır.
"Ermənistan buna varsa, biz də varıq. Amma bu ölkə yalnız təxribatla məşğul olacaqsa, uduzacaq", – deyə Çavuşoğlu vurğulayıb.
Azərbaycan-Ermənistan sərhəddində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin oxuyun:
Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işi açıldı
Müdafiə Nazirliyi: "Ermənistanla dövlət sərhədində vəziyyət sabitləşib"
Ermənistan Müdafiə Nazirliyi verdikləri itkilər barədə məlumat yaydı
Müdafiə Nazirliyi itkilərimizi açıqladı – 7 şəhidimiz, 10 yaralımız var
Xəbər lenti
0