https://sputnik.az/20211118/yuksek-gelirli-donor-olke---dunya-banki-azerbaycani-bele-gorur-436444936.html
Yüksək gəlirli donor ölkə - Dünya Bankı Azərbaycanı belə görür
Yüksək gəlirli donor ölkə - Dünya Bankı Azərbaycanı belə görür
Sputnik Azərbaycan
Azərbaycan hökuməti ilə Dünya Bankı yeni saziş imzalayıb. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T19:19+0400
2021-11-18T19:19+0400
2021-11-18T19:19+0400
iqtisadiyyat
saziş
dünya bankı
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427291272_0:0:3067:1725_1920x0_80_0_0_0040933a5146dab053cf9ddce12d6977.jpg
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Sputnik Azərbaycan Nazirlər Kabinetinin məlumatına istinadən bildirir ki, görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi bildirildi.Baş nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.Sonda Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.Eləcə də oxuyun:* Azərbaycan yol tikintisi üçün kredit götürdü* Banklar kredit faizlərini artıracaq? AMB-nin qərarına peşəkar baxış* Azərbaycan xaricdən 350 milyon dollar kredit alır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427291272_0:0:2729:2047_1920x0_80_0_0_81475624527954eb53fc935fad829b20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saziş, dünya bankı, əli əsədov
saziş, dünya bankı, əli əsədov
Yüksək gəlirli donor ölkə - Dünya Bankı Azərbaycanı belə görür
Azərbaycan hökuməti ilə Dünya Bankı yeni saziş imzalayıb.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Nazirlər Kabinetinin məlumatına istinadən bildirir ki, görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi bildirildi.
Baş nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.
Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Sonda Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.