https://sputnik.az/20211116/banklar-kredit-faizlerini-artiracaq-amb-nin-qerarina-pesekar-baxis-435208970.html
Banklar kredit faizlərini artıracaq? AMB-nin qərarına peşəkar baxış
Banklar kredit faizlərini artıracaq? AMB-nin qərarına peşəkar baxış
Sputnik Azərbaycan
Ötən ay Mərkəzi Bank uçot dərəcəsini 7%-ə qaldırıb. Risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da... 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T09:30+0400
2021-11-16T09:30+0400
2021-11-16T09:30+0400
manat
iqtisadiyyat
bank
inflyasiya
azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
kredit
mərkəzi bank
faiz
uçot dərəcəsi
kredit borcu
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 16 noyabr — Sputnik. Bu yaxınlarda Mərkəzi Bank uçot dərəcəsini 6,5%-dən 7%-ə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib. Uçot dərəcəsinin artırılması iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, dünyada qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi əsasında qəbul edilib.Bəs uçot dərəcəsinin artırılması bankların əhaliyə və biznesə verdiyi kredit faizlərinə təsir edəcəkmi? Kredit faizləri də yüksələcəkmi? Kreditlərə tələb azalacaqmı?Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Mərkəzi Bank inflyasiyanın, qiymət səviyyəsinin yüksəlməsi ilə bağlı uçot dərəcəsini 7%-ə qaldırıb:"Dünya təcrübəsində uçot dərəcəsi artırılanda həm depozit faizləri, həm də kredit faizləri yüksəlir. Bu addım pulun bahalaşdırılması siyasətidir və adətən qiymətlərin tənzimlənməsi məqsədilə həyata keçirilir ki, pula olan tələbat aşağı düşsün, pulun dəyəri qalxsın və əmtəələrin qiymətləri stabilləşsin. Bizdə uçot dərəcəsini dəyişdirmək proseslərə çox da təsir etmir. Ona görə də uçot dərəcəsinin artırılması dərhal depozit və kredit faizlərini yüksəldəcəyinə dəlalət etmir".Onun sözlərinə görə, bundan başqa, bankların likvidliyi artıb: "Onlar pulları istədikləri kimi yerləşdirə bilmədiklərinə görə uçot dərəcəsinin artması kredit resurslarının artımına təsir göstərməyəcək. Yəni bankların əlində pul var və onu effektiv yerləşdirməkdə hələlik çətinlik çəkirlər, istədikləri kimi yerləşdirə bilmirlər. Bankların pula çox ehtiyacı olmadığına görə uçot dərəcəsinin artması ciddi surətdə kredit və depozit faizlərini artırmayacaq. Əksinə, bankların əlində çox pul qalması, onları yerləşdirməkdə çətinlik çəkməsi kredit faizlərini aşağı salır. Uçot dərəcəsinin artırılması kredit faizlərini yüksəltməyəcəyinə görə hesab etmirəm ki, bu addım kreditlərə olan tələbi aşağı salsın".“Azərbaycanda bankların verdiyi kredit faizləri necə formalaşır və mövcud faiz dərəcələrini necə qiymətləndirirsiniz?” sualına ekspert belə cavab verib: "Ölkədə faiz dərəcələri müxtəlifdir. İstehlak kreditlərində fərqlidir, biznes kreditlərində fərqlidir. Bəzən bunlar arasında 2 dəfəyədək fərq olur. Yəni müştərilərin riskindən, girov təminatından asılı olaraq bunlar dəyişir. Ancaq ümumi şəkildə manatla verilən kreditlərin faiz dərəcəsi yüksəkdir. Xərclərin effektiv idarəedilməsi, riskin yüksək olması və digər səbəbdən kredit faizləri yüksək olaraq qalır. Ancaq kredit faizlərini də bazardakı tələb və təklif təyin edir"."Rusiyada uçot dərəcəsi 7,5 faiz, Türkiyədə 16 faiz, Gürcüstanda 10 faiz, İranda 15 faiz və s. təşkil edir. Bölgə ölkələrinin hər birində inflyasiya, iqtisadi vəziyyət, məşğulluqla bağlı olaraq müxtəlif faiz dərəcələri var. Məsələn, son dövrlərdə inflyasiya ilə mübarizə məqsədilə Azərbaycan, Rusiya, Gürcüstan uçot dərəcəsini artırır. Ancaq Türkiyə fərqli yol seçir, uçot dərəcəsini aşağı salır", - deyə o əlavə edib.Qeyd edək ki, “Uçot dərəcəsinin artırılması əhaliyə və biznesə verilən kredit faizlərini yüksəldəcəkmi?” sualı ilə bir neçə banka müraciət etsək də, cavab almaq mümkün olmayıb.Xatırladaq ki, risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmir. Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il dekabr ayının 17-də ictimaiyyətə açıqlanacaq.Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6,2-6,5%, illik inflyasiya isə 9,5-10,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6% səviyyəsində proqnozlaşdırılır.İnflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ərzaq inflyasiyasına ciddi təsir göstərir. Dünya ərzaq məhsulları son ildə 32,8%, o cümlədən cari ilin sentyabr ayında 1,2% yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, bank, inflyasiya, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, kredit, mərkəzi bank, faiz, uçot dərəcəsi, kredit borcu, kredit faizləri
manat, bank, inflyasiya, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, kredit, mərkəzi bank, faiz, uçot dərəcəsi, kredit borcu, kredit faizləri
Banklar kredit faizlərini artıracaq? AMB-nin qərarına peşəkar baxış
Ötən ay Mərkəzi Bank uçot dərəcəsini 7%-ə qaldırıb. Risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmir.
BAKI, 16 noyabr — Sputnik. Bu yaxınlarda Mərkəzi Bank uçot dərəcəsini 6,5%-dən 7%-ə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib. Uçot dərəcəsinin artırılması iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, dünyada qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi əsasında qəbul edilib.
Bəs uçot dərəcəsinin artırılması bankların əhaliyə və biznesə verdiyi kredit faizlərinə təsir edəcəkmi? Kredit faizləri də yüksələcəkmi? Kreditlərə tələb azalacaqmı?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Mərkəzi Bank inflyasiyanın, qiymət səviyyəsinin yüksəlməsi ilə bağlı uçot dərəcəsini 7%-ə qaldırıb:
"Dünya təcrübəsində uçot dərəcəsi artırılanda həm depozit faizləri, həm də kredit faizləri yüksəlir. Bu addım pulun bahalaşdırılması siyasətidir və adətən qiymətlərin tənzimlənməsi məqsədilə həyata keçirilir ki, pula olan tələbat aşağı düşsün, pulun dəyəri qalxsın və əmtəələrin qiymətləri stabilləşsin. Bizdə uçot dərəcəsini dəyişdirmək proseslərə çox da təsir etmir. Ona görə də uçot dərəcəsinin artırılması dərhal depozit və kredit faizlərini yüksəldəcəyinə dəlalət etmir".
Onun sözlərinə görə, bundan başqa, bankların likvidliyi artıb: "Onlar pulları istədikləri kimi yerləşdirə bilmədiklərinə görə uçot dərəcəsinin artması kredit resurslarının artımına təsir göstərməyəcək. Yəni bankların əlində pul var və onu effektiv yerləşdirməkdə hələlik çətinlik çəkirlər, istədikləri kimi yerləşdirə bilmirlər.
Bankların pula çox ehtiyacı olmadığına görə uçot dərəcəsinin artması ciddi surətdə kredit və depozit faizlərini artırmayacaq. Əksinə, bankların əlində çox pul qalması, onları yerləşdirməkdə çətinlik çəkməsi kredit faizlərini aşağı salır. Uçot dərəcəsinin artırılması kredit faizlərini yüksəltməyəcəyinə görə hesab etmirəm ki, bu addım kreditlərə olan tələbi aşağı salsın".
“Azərbaycanda bankların verdiyi kredit faizləri necə formalaşır və mövcud faiz dərəcələrini necə qiymətləndirirsiniz?” sualına ekspert belə cavab verib: "Ölkədə faiz dərəcələri müxtəlifdir. İstehlak kreditlərində fərqlidir, biznes kreditlərində fərqlidir. Bəzən bunlar arasında 2 dəfəyədək fərq olur. Yəni müştərilərin riskindən, girov təminatından asılı olaraq bunlar dəyişir. Ancaq ümumi şəkildə manatla verilən kreditlərin faiz dərəcəsi yüksəkdir. Xərclərin effektiv idarəedilməsi, riskin yüksək olması və digər səbəbdən kredit faizləri yüksək olaraq qalır. Ancaq kredit faizlərini də bazardakı tələb və təklif təyin edir".
"Rusiyada uçot dərəcəsi 7,5 faiz, Türkiyədə 16 faiz, Gürcüstanda 10 faiz, İranda 15 faiz və s. təşkil edir. Bölgə ölkələrinin hər birində inflyasiya, iqtisadi vəziyyət, məşğulluqla bağlı olaraq müxtəlif faiz dərəcələri var. Məsələn, son dövrlərdə inflyasiya ilə mübarizə məqsədilə Azərbaycan, Rusiya, Gürcüstan uçot dərəcəsini artırır. Ancaq Türkiyə fərqli yol seçir, uçot dərəcəsini aşağı salır", - deyə o əlavə edib.
Qeyd edək ki, “Uçot dərəcəsinin artırılması əhaliyə və biznesə verilən kredit faizlərini yüksəldəcəkmi?” sualı ilə bir neçə banka müraciət etsək də, cavab almaq mümkün olmayıb.
Xatırladaq ki, risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmir. Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il dekabr ayının 17-də ictimaiyyətə açıqlanacaq.
Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6,2-6,5%, illik inflyasiya isə 9,5-10,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6% səviyyəsində proqnozlaşdırılır.
İnflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ərzaq inflyasiyasına ciddi təsir göstərir. Dünya ərzaq məhsulları son ildə 32,8%, o cümlədən cari ilin sentyabr ayında 1,2% yüksəlib.