Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ailənin sonbeşiyi olan şəhid Cəlilabadda torpağa verildi

© Sputnik / Rahim MuradovElçin Ağayevin dəfni
Elçin Ağayevin dəfni - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində doğulub.11 aydır xidmət edən və şəhid olan Elçin ailənin son beşiyi idi.
BAKI, 17 noyabr - Sputnik. Ötən gün Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Elçin Mərifət oğlu Ağayevin cənazəsi bu gün axşam saatlarında doğma Cəlilabad rayonuna gətirilib.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, şəhidlə vida mərasimdə rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.
© Sputnik / Rahim MuradovElçin Ağayevin dəfni
Elçin Ağayevin dəfni - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Elçin Ağayevin dəfni
Şəhid Elçin Ağayevin cənazəsi böyük izdihamın müşayiəti ilə Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində doğulub.11 aydır xidmət edən şəhid Elçin Ağayev ailənin son beşiyi idi.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Xəbər lenti
0