https://sputnik.az/20211118/her-iki-babanin-adini-bir-usaga-qoymaq-olmaz---sebeb-436434540.html
Hər iki babanın adını bir uşağa qoymaq olmaz - Səbəb
Hər iki babanın adını bir uşağa qoymaq olmaz - Səbəb
Sputnik Azərbaycan
Ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T20:22+0400
2021-11-18T20:22+0400
2021-11-18T20:22+0400
uşaq
cəmiyyət
komissiya
ad
https://cdnn1.img.sputnik.az/img/42154/03/421540346_0:148:3073:1876_1920x0_80_0_0_e9d9b82e244d36efd80cd6bdada21c6e.jpg
BAKI, 18 noyabr — Sputnik. Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.Onun sözlərinə görə, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib: "Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babanın adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər: "Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılmaq şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sair şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir", - professor əlavə edib.Eləcə də oxuyun:* Uşağının adını "qara milçək" qoymaq istəyən valideyni fikrindən daşındırdılar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42154/03/421540346_0:0:2731:2048_1920x0_80_0_0_1af8db4a9106dbf0794118c3ecf19bf5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, komissiya, ad
Hər iki babanın adını bir uşağa qoymaq olmaz - Səbəb
Ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib.
BAKI, 18 noyabr — Sputnik. Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor
Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib: "Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".
S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babanın adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər:
"Valideyn müraciət edir ki, uşağın babasının birinin adı Sərhəd, digərinin adı Mazan olduğu üçün bu adların ikisini də övladına qoymağı düşünür. Təbii ki, dilimizin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adların qaydalara zidd olması onların diqqətinə çatdırılır".
"Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılmaq şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sair şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir", - professor əlavə edib.