https://sputnik.az/20210811/Valideynler-usaqlarina-cizgi-filmlerindeki-personajlarin-adlarini-qoymagi-tekid-edirler-427672722.html
Uşağının adını "qara milçək" qoymaq istəyən valideyni fikrindən daşındırdılar
Uşağının adını "qara milçək" qoymaq istəyən valideyni fikrindən daşındırdılar
Sputnik Azərbaycan
Vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri onların istədiyi adı verir. Amma Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T14:18+0400
2021-08-11T14:18+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
ad
valideynlər
uşaq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42213/84/422138402_0:78:1920:1163_1920x0_80_0_0_2fc5ae2d774dd76926c6e827a6eed050.jpg
BAKI, 11 avqust — Sputnik. "Təəssüf ki, bir çox valideynlər uşağın adı ilə bağlı müraciət edəndə ya cizgi filmlərindən hər hansı personajın və yaxud hansısa əcnəbi adların qoyulmasını israrla təkid edirlər, hansı ki, mənasına baxanda o ad çox pis səslənir".Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.Onun sözlərinə görə, qeydiyyat şöbələrinin əsas vəzifələrindən biri maarifləndirmə işinin aparılmasıdır: "Belə hallarla qarşılaşanda da qeydiyyat şöbələri valideynlərə tövsiyələrini verir, həmin adların qoyulması ilə uşağın gələcəkdə həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyi, xəcalət çəkə biləcəyi deyilir. Təbii ki, vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri həmin adı verir. Amma eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir. Gənc valideynlərə müraciət edirəm ki, uşaqlara ad qoyanda daha diqqətli seçim etsinlər ki, uşaqlar böyüyəndə həmyaşıdlarının gülüş mənbəyinə çevrilməsinlər".R.Kərimova bir neçə müddət əvvəl bir valideynin müraciət edərək uşağına Moza adının qoyulmasını israrla təkid etdiyini deyib: "Bu adın mənasına baxdıqda, "qara milçək" olduğunu gördük. Valideynə bunu bildirəndə o, özü də bu adın verilməsindən imtina etdi".R.Kərimova vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən də uşaqlara gülünc adların qoyulmasına yol verilmir. Onun sözlərinə görə, vətəndaşların qoymaq istədiyi adlar qeydə alınmadığı halda məhkəməyə müraciət etmək hüququ var: "Biz valideynlərə tövsiyə edirik ki, övladlarına gülünc adlar qoymaqdan imtina etsinlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42213/84/422138402_0:17:1920:1224_1920x0_80_0_0_5de314cc0bb8fcce8edd7c01eaf02844.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ad, valideynlər, uşaq, azərbaycan
xəbərlər, ad, valideynlər, uşaq, azərbaycan
Uşağının adını "qara milçək" qoymaq istəyən valideyni fikrindən daşındırdılar
14:18 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri onların istədiyi adı verir. Amma Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir.
BAKI, 11 avqust — Sputnik. "Təəssüf ki, bir çox valideynlər uşağın adı ilə bağlı müraciət edəndə ya cizgi filmlərindən hər hansı personajın və yaxud hansısa əcnəbi adların qoyulmasını israrla təkid edirlər, hansı ki, mənasına baxanda o ad çox pis səslənir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi
Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, qeydiyyat şöbələrinin əsas vəzifələrindən biri maarifləndirmə işinin aparılmasıdır: "Belə hallarla qarşılaşanda da qeydiyyat şöbələri valideynlərə tövsiyələrini verir, həmin adların qoyulması ilə uşağın gələcəkdə həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyi, xəcalət çəkə biləcəyi deyilir. Təbii ki, vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri həmin adı verir. Amma eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir. Gənc valideynlərə müraciət edirəm ki, uşaqlara ad qoyanda daha diqqətli seçim etsinlər ki, uşaqlar böyüyəndə həmyaşıdlarının gülüş mənbəyinə çevrilməsinlər".
R.Kərimova bir neçə müddət əvvəl bir valideynin müraciət edərək uşağına Moza adının qoyulmasını israrla təkid etdiyini deyib: "Bu adın mənasına baxdıqda, "qara milçək" olduğunu gördük. Valideynə bunu bildirəndə o, özü də bu adın verilməsindən imtina etdi".
R.Kərimova vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən də uşaqlara gülünc adların qoyulmasına yol verilmir. Onun sözlərinə görə, vətəndaşların qoymaq istədiyi adlar qeydə alınmadığı halda məhkəməyə müraciət etmək hüququ var: "Biz valideynlərə tövsiyə edirik ki, övladlarına gülünc adlar qoymaqdan imtina etsinlər".