https://sputnik.az/20211118/azerbaycanli-cutluk-niaqara-selalesi-fonunda-xan-susinskinin-mahnisini-ifa-edib-436433444.html
Azərbaycanlı cütlük Niaqara şəlaləsi fonunda Xan Şuşinskinin mahnısını ifa edib
Azərbaycanlı cütlük Niaqara şəlaləsi fonunda Xan Şuşinskinin mahnısını ifa edib
Sputnik Azərbaycan
Amerikada yaşayan Rizvan Əliyev və Röya Miriyeva Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümündə lentə alınan videonu sosial şəbəkədə paylaşıblar. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T21:11+0400
2021-11-18T21:11+0400
2021-11-18T21:11+0400
şəlalə
mədəniyyət
mahnı
abş
azərbaycanlı
müğənni
kanada
https://cdnn1.img.sputnik.az/img/42280/39/422803954_3:0:1080:606_1920x0_80_0_0_02431922832f0af327b8101190e9a5f5.jpg
BAKI, 18 noyabr — Sputnik. Dünyanı birlikdə səyahət edən Rizvan Əliyev və Röya Miriyeva Niaqara şəlaləsi fonunda məşhur Azərbaycan bəstəsi olan "Şuşanın dağları" mahnısını ifa ediblər.Noyabrın 8-də, Azərbaycanın Vətən müharibəsində Qələbə Gününün ildönümündə ABŞ və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Cütlük belə bir şansı əldən qaçırmayaraq bu dəfə dünyanın ən böyük şəlalələrindən birinin fonunda çıxış etmək qərarına gəlib.Bu ideyanın həyata keçirilməsində onlara ABŞ-da yaşayan həmyerliləri kömək ediblər. Cütlük Xan Şuşinskinin məşhur "Şuşanın dağları" adlı bəstəsini seçib. İfaçılar videonu sosial şəbəkədə paylaşıblar və bu, abunəçilərin çoxsaylı həvəsli şərhlərinə səbəb olub.Cütlüyün birgə yaradıcılıq yolu 2010-cu ildə, eyni ansamblın üzvü olduqları zaman başlayıb. Artıq bir neçə ildir ki, gənc musiqiçilər müxtəlif ölkələrə səyahət edirlər və "Street cover" layihəsi çərçivəsində fərqli şəhərlərdə yoldan keçənlər üçün Azərbaycan mahnılarını ifa edirlər.2019-cu ildə cütlük "yaşıl kart" (ABŞ-da daimi yaşamaq hüququ verən sənəd) qazanaraq Amerikaya köçmək qərarına gəlib, ancaq onlar tez-tez öz vətənlərinə də gəlirlər.Eləcə də oxuyun: * Rusiyada tanınan azərbaycanlı məşhurlar birgə mahnılarını təqdim ediblər* "Eurovision" qalibləri illər sonra müxtəlif obrazlarda bir araya gəldilər
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/39/422803954_154:0:962:606_1920x0_80_0_0_f48bbf583348778d297f49b851a168cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
şəlalə, mahnı, abş, azərbaycanlı, müğənni, kanada
şəlalə, mahnı, abş, azərbaycanlı, müğənni, kanada
Azərbaycanlı cütlük Niaqara şəlaləsi fonunda Xan Şuşinskinin mahnısını ifa edib
Amerikada yaşayan Rizvan Əliyev və Röya Miriyeva Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümündə lentə alınan videonu sosial şəbəkədə paylaşıblar.
BAKI, 18 noyabr — Sputnik. Dünyanı birlikdə səyahət edən Rizvan Əliyev və Röya Miriyeva Niaqara şəlaləsi fonunda məşhur Azərbaycan bəstəsi olan "Şuşanın dağları" mahnısını ifa ediblər.
Noyabrın 8-də, Azərbaycanın Vətən müharibəsində Qələbə Gününün ildönümündə ABŞ və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Cütlük belə bir şansı əldən qaçırmayaraq bu dəfə dünyanın ən böyük şəlalələrindən birinin fonunda çıxış etmək qərarına gəlib.
Bu ideyanın həyata keçirilməsində onlara ABŞ-da yaşayan həmyerliləri kömək ediblər. Cütlük Xan Şuşinskinin məşhur "Şuşanın dağları" adlı bəstəsini seçib. İfaçılar videonu sosial şəbəkədə paylaşıblar və bu, abunəçilərin çoxsaylı həvəsli şərhlərinə səbəb olub.
Cütlüyün birgə yaradıcılıq yolu 2010-cu ildə, eyni ansamblın üzvü olduqları zaman başlayıb. Artıq bir neçə ildir ki, gənc musiqiçilər müxtəlif ölkələrə səyahət edirlər və "Street cover" layihəsi çərçivəsində fərqli şəhərlərdə yoldan keçənlər üçün Azərbaycan mahnılarını ifa edirlər.
2019-cu ildə cütlük "yaşıl kart" (ABŞ-da daimi yaşamaq hüququ verən sənəd) qazanaraq Amerikaya köçmək qərarına gəlib, ancaq onlar tez-tez öz vətənlərinə də gəlirlər.