https://sputnik.az/20211112/rusiyada-taninan-azerbaycanli-meshurlar-birge-mahnilarini-teqdim-edibler-435132449.html
Rusiyada tanınan azərbaycanlı məşhurlar birgə mahnılarını təqdim ediblər
Rusiyada tanınan azərbaycanlı məşhurlar birgə mahnılarını təqdim ediblər
Sputnik Azərbaycan
Yeni trek "Boje, kak zaviduyu" adlanır və "Atlantic Records Russia" musiqi leyblında buraxılıb. 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T22:49+0400
2021-11-12T22:49+0400
2021-11-12T22:49+0400
mahnı
mədəniyyət
azərbaycanlı
rusiya
müğənni
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426377962_0:0:1080:608_1920x0_80_0_0_3239ec918793ad0cf2e9ce010f12b024.jpg
BAKI, 12 noyabr — Sputnik. Rusiyanın "HammAli & Navai" rep dueti və Azərbaycan əsilli Jah Khalib birgə mahnılarını təqdim ediblər.Yeni trek "Boje, kak zaviduyu" adlanır və "Atlantic Records Russia" musiqi leyblında buraxılıb. Qeyd edək ki, rep qrupunun ifaçıları HammAli (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), həmçinin reper Jah Khalib (Bəxtiyar Məmmədov) əslən azərbaycanlıdırlar."HammAli & Navai" rep dueti 2016-cı ilin iyun ayında yaranıb. Rusiyada tanınan və sevilən qrup 2020-ci ildə "Novoe Radio Awards"da "Ən yaxşı qrup" mükafatına layiq görülüb.Jah Khalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədov isə Qazaxıstanın Almatı şəhərində doğulub. Əsasən Rusiyada sevilən reper "Hamısı ya da heç bir şey", "Bu gün səni tapdım", "Sevgi mahnısı", "911", "Dəniz ", "Göstərişlər", "İçindəki güc", "Məni izlə", "Leyla", "Qubanın ağ alması" və s. kimi mahnıların müəllifidir. Müxtəlif illərdə "Jara" müsabiqəsinin iştirakçısı olub.Eləcə də oxuyun:* Dünyaca məşhur reper Azərbaycanın xalq mahnısından istifadə edib * Rusiyadakı azərbaycanlı müğənnilər danışdılar: Bir-birimizə dəstək veririk* Emin Xəzərin sahilində qış konserti verəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426377962_0:0:1080:810_1920x0_80_0_0_5dc2b04a8976f9922fc66c952711980b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mahnı, azərbaycanlı, rusiya, müğənni
mahnı, azərbaycanlı, rusiya, müğənni
Rusiyada tanınan azərbaycanlı məşhurlar birgə mahnılarını təqdim ediblər
Yeni trek "Boje, kak zaviduyu" adlanır və "Atlantic Records Russia" musiqi leyblında buraxılıb.
BAKI, 12 noyabr — Sputnik. Rusiyanın "HammAli & Navai" rep dueti və Azərbaycan əsilli Jah Khalib birgə mahnılarını təqdim ediblər.
Yeni trek "Boje, kak zaviduyu" adlanır və "Atlantic Records Russia" musiqi leyblında buraxılıb. Qeyd edək ki, rep qrupunun ifaçıları HammAli (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), həmçinin reper Jah Khalib (Bəxtiyar Məmmədov) əslən azərbaycanlıdırlar.
"HammAli & Navai" rep dueti 2016-cı ilin iyun ayında yaranıb. Rusiyada tanınan və sevilən qrup 2020-ci ildə "Novoe Radio Awards"da "Ən yaxşı qrup" mükafatına layiq görülüb.
Jah Khalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədov isə Qazaxıstanın Almatı şəhərində doğulub. Əsasən Rusiyada sevilən reper "Hamısı ya da heç bir şey", "Bu gün səni tapdım", "Sevgi mahnısı", "911", "Dəniz ", "Göstərişlər", "İçindəki güc", "Məni izlə", "Leyla", "Qubanın ağ alması" və s. kimi mahnıların müəllifidir. Müxtəlif illərdə "Jara" müsabiqəsinin iştirakçısı olub.