https://sputnik.az/20211118/azerbaycanin-en-genc-koroglusu-munsifleri-heyrete-saldi-436464176.html
Azərbaycanın ən gənc "Koroğlu"su münsifləri heyrətə saldı
Azərbaycanın ən gənc "Koroğlu"su münsifləri heyrətə saldı
Sputnik Azərbaycan
"O səs - Türkiyə" müsabiqəsində iştirak etmək fürsətini müğənniyə qonşu ölkədə yaşayan dostu yaradıb. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T23:14+0400
2021-11-18T23:14+0400
2021-11-18T23:14+0400
mədəniyyət
türkiyə
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436438053_0:0:1080:608_1920x0_80_0_0_8e0db909e6e0ad0f4666413f65b28169.jpg
BAKI, 18 noyabr - Sputnik. Tanınmış müğənni Ülvi Qılınc "O səs - Türkiyə" yarışının münsiflər heyətini səsi ilə heyran edib.Qılınc müsabiqədə Eduardo di Kapua və Covanni Kapuronun "O sole mio" mahnısını ifa edib. Münsif heyəti - Ebru Gündeş, Murad Boz, Beyazit Öztürk və Oğuzhan Koç - Qılıncın ifasına biganə qalmayaraq ona tərəf dönüb. Dörd "hə" alan Qılınc onlardan Ebru Gündeşi seçib və yoluna onun komandası ilə davam edəcək. Populyar layihədə iştirakı Ülvinin özü üçün də sürpriz olub - hər şeyi Türkiyədə yaşayan dostu təşkil edib.Ebru Gündeşi seçməyi təsadüf deyil. Onun mahnılarını çoxdan dinləyir. Səbəblərdən biri də Gündeşin digər münsiflərdən fərqli olaraq klassik müğənni olmasıdır. "Hesab edirəm ki, bu yarış mənə çox şey verəcək. Mənim üçün ən əsas - tamaşaçı sevgisidir. Bu yarışdan sonra böyük perspektivlərim olacaq. Hazırda Türkiyədə yaşayıram. Sonra nə olacağına baxarıq. İndi bütün gücümü bu müsabiqəyə yönəltmişəm", - Qılınc etiraf edib."O səs - Türkiyə" - orijinal "The Voice" formatının türk versiyası, vokal televiziya şousudur. Layihə müxtəlif janr və dillərdə oxumağı bacaran universal solistləri ortaya çıxarır. 2014-cü ildə azərbaycanlı Elnur Hüseynov bu yarışın qalibi olub.Ülvi Hüseynov (təxəllüsü Qılınc) 1979-cu ildə Bakıda doğulub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Tenordur. 2014-cü ildə Dövlət Opera və Balet Teatrının səhnəsində "Koroğlu" operasında əsas qəhrəmanın partiyasını ifa edib. HƏmin vaxtı onun 24 yaşı vardı və Azərbaycan opera tarixində "ən gənc Koroğlu" adlandırılıb. Elə həmin il Birləşmiş Ərəb Əmirliklərində keçirilən Mədəniyyət Günlərində, eləcə də Hollivudda Arnold Şvarsneggerin hamiliyində keçirilən olimpiadada iştirak edib. Həmin vaxt Ülvi "Vokal", "Estrada" və "Müzikl" nominasiyalarında medal qazanmışdı.
https://sputnik.az/20211118/azerbaycanli-cutluk-niaqara-selalesi-fonunda-xan-susinskinin-mahnisini-ifa-edib-436433444.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436438053_0:0:1080:810_1920x0_80_0_0_2a1a3140e4600cfcfca94d02fc2da504.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
türkiyə, müsabiqə
Azərbaycanın ən gənc "Koroğlu"su münsifləri heyrətə saldı
"O səs - Türkiyə" müsabiqəsində iştirak etmək fürsətini müğənniyə qonşu ölkədə yaşayan dostu yaradıb.
BAKI, 18 noyabr - Sputnik. Tanınmış müğənni Ülvi Qılınc "O səs - Türkiyə" yarışının münsiflər heyətini səsi ilə heyran edib.
Qılınc müsabiqədə Eduardo di Kapua və Covanni Kapuronun "O sole mio" mahnısını ifa edib.
Münsif heyəti - Ebru Gündeş, Murad Boz, Beyazit Öztürk və Oğuzhan Koç - Qılıncın ifasına biganə qalmayaraq ona tərəf dönüb.
Dörd "hə" alan Qılınc onlardan Ebru Gündeşi seçib və yoluna onun komandası ilə davam edəcək.
Populyar layihədə iştirakı Ülvinin özü üçün də sürpriz olub - hər şeyi Türkiyədə yaşayan dostu təşkil edib.
"Dostum vəkildir. Türkiyədə yaşayır, işləyir. Belə qeyri-adi sürpriz etdi mənə - gözlənilməz oldu. Başqa yolum yox idi - çıxış etməli idim. Çıxış zamanı qorxu hiss etmirdim, məsuliyyət vardı", - Qılınc qeyd edib.
Ebru Gündeşi seçməyi təsadüf deyil. Onun mahnılarını çoxdan dinləyir. Səbəblərdən biri də Gündeşin digər münsiflərdən fərqli olaraq klassik müğənni olmasıdır.
"Hesab edirəm ki, bu yarış mənə çox şey verəcək. Mənim üçün ən əsas - tamaşaçı sevgisidir. Bu yarışdan sonra böyük perspektivlərim olacaq. Hazırda Türkiyədə yaşayıram. Sonra nə olacağına baxarıq. İndi bütün gücümü bu müsabiqəyə yönəltmişəm", - Qılınc etiraf edib.
"O səs - Türkiyə" - orijinal "The Voice" formatının türk versiyası, vokal televiziya şousudur. Layihə müxtəlif janr və dillərdə oxumağı bacaran universal solistləri ortaya çıxarır. 2014-cü ildə azərbaycanlı Elnur Hüseynov bu yarışın qalibi olub.
Ülvi Hüseynov (təxəllüsü Qılınc) 1979-cu ildə Bakıda doğulub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Tenordur.
2014-cü ildə Dövlət Opera və Balet Teatrının səhnəsində "Koroğlu" operasında əsas qəhrəmanın partiyasını ifa edib. HƏmin vaxtı onun 24 yaşı vardı və Azərbaycan opera tarixində "ən gənc Koroğlu" adlandırılıb.
Elə həmin il Birləşmiş Ərəb Əmirliklərində keçirilən Mədəniyyət Günlərində, eləcə də Hollivudda Arnold Şvarsneggerin hamiliyində keçirilən olimpiadada iştirak edib. Həmin vaxt Ülvi "Vokal", "Estrada" və "Müzikl" nominasiyalarında medal qazanmışdı.