Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rafael Ağayev altıncı qızılı götürə bilmədi

© REUTERS / CARL RECINERafael Ağayev, arxiv şəkli
Rafael Ağayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Dünya karatesinin azərbaycanlı brilyantı DÇ-də iki görüşü qazansa da, üçüncü dövrədə amerikalı rəqibinə uduzaraq çıxışını bitirib.
BAKI, 17 noyabr — Sputnik. Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev (75 kq) Dubaydakı (BƏƏ) birincilikdə uğursuz çıxış edərək titullarının sayını artıra bilməyib.
Dünya karatesinin brilyantı startda Li Fenq-Jenə (Taybey, Çin) və İvan Korabauya (Belarus) qalib gəlib. Üçüncü dövrədə isə amerikalı Skott Tomasa uduzaraq dünya çempionatındakı çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, digər karateçimiz İrina Zaretska (68 kq) dünya çempionatının finalına çıxıb. Həlledici görüşdə onun rəqibi italiyalı Silviya Semerarodur.
Asiman Qurbanlı isə (84+ kq) bürünc medal uğrunda yarışacaq. Onun rəqibi hələ bəlli deyil.
Xəbər lenti
0