https://sputnik.az/20211117/nikol-pasinyan-azerbaycanla-sulh-sazisi-imzalamaga-hazir-olduqlarini-beyan-edib-436428376.html
Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib
Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib
Sputnik Azərbaycan
Ermənistanın Baş naziri deyib ki, tammiqyaslı danışıqlar prosesinin bərpasından danışlar və bu prosesə cəlb olunublarsa, deməli, məqsəd sülh sazişini... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T20:00+0400
2021-11-17T20:00+0400
2021-11-17T20:00+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
prezident ilham əliyev
sülh sazişi
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_0:52:996:612_1920x0_80_0_0_4e69aacc7c4b49b4ea93ff138d11fff3.jpg
BAKI, 17 noyabr - Sputnik. Yerevan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “Hökumət saatı”nda bildirib.“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib.“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə o əlavə edib.Xatırladaq ki, Azərbaycanın Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında deyib ki, Ermənistanla sülh müqaviləsini imzalamağa, sülh prosesini başlamağa hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. "Bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”, - deyə İlham Əliyev bildirib. Həmçinin oxuyun: Azərbaycan və Ermənistan sərhəddə hansı ərazilərə nəzarət edir? Paşinyanın cavabı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_104:0:996:669_1920x0_80_0_0_98f4ff76681b58c0018b90ef1ca59528.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, prezident ilham əliyev, sülh sazişi, nikol paşinyan
ermənistan, prezident ilham əliyev, sülh sazişi, nikol paşinyan
Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib
Ermənistanın Baş naziri deyib ki, tammiqyaslı danışıqlar prosesinin bərpasından danışlar və bu prosesə cəlb olunublarsa, deməli, məqsəd sülh sazişini imzalamaqdır.
BAKI, 17 noyabr - Sputnik. Yerevan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “Hökumət saatı”nda bildirib.
“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib.
“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycanın Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında deyib ki, Ermənistanla sülh müqaviləsini imzalamağa, sülh prosesini başlamağa hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur.
"Bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər.
Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”, - deyə İlham Əliyev bildirib.