https://sputnik.az/20211117/azerbaycan-ve-ermenistan-serhedde-hansi-erazilere-nezaret-edir-pasinyanin-cavabi-436423541.html
Azərbaycan və Ermənistan sərhəddə hansı ərazilərə nəzarət edir? Paşinyanın cavabı
Azərbaycan və Ermənistan sərhəddə hansı ərazilərə nəzarət edir? Paşinyanın cavabı
Sputnik Azərbaycan
Ermənistanın baş naziri bildirib ki, 12 may hadisələrindən sonra müəyyən yerdəyişmələr baş verib və hazırda Ermənistanla Azərbaycanın mövqeləri "şahmat... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T19:05+0400
2021-11-17T19:05+0400
2021-11-17T19:05+0400
nikol paşinyan
siyasət
müdafiə nazirliyi
azərbaycan silahlı qüvvələri
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427317772_0:0:2828:1591_1920x0_80_0_0_160545c88d0a83fd94ddc0e3721d8d16.jpg
BAKI, 17 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında noyabrın 16-da Azərbaycanla Ermənistan arasında sərhəddə baş verən toqquşmada Azərbaycanın hansı ərazilərə nəzarəti ələ keçirdiyi ilə bağlı deputatların suallarını cavablandırıb. O bildirib ki, dünənki qarşıdurmadan sonra Azərbaycanın nəzarət etdiyi torpaqlarla bağlı bir dəyişiklik yoxdur. Halbuki dünən bu ölkənin Müdafiə Nazirliyi rəsmi şəkildə bəyan etmişdi ki, Azərbaycan iki döyüş mövqeyinə nəzarəti ələ keçirib.Qeyd edək ki, Ermənistan tərəfi may ayında baş vermiş toqquşmadan sonra Azərbaycanın Qaragöl ətrafındakı 41 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü iddia edir.Paşinyanın sözlərinə görə, 16 noyabr hadisəsindən sonra bu rəqəm dəyişməyib. Bununla yanaşı, o bildirib ki, 12 may hadisələrindən sonra müəyyən yerdəyişmələr baş verib və hazırda Ermənistanla Azərbaycanın mövqeləri "şahmat taxtası" ardıcıllığı ilə düzülmüş vəziyyətdədir.Azərbaycan-Ermənistan təmas xəttində gərginlikQeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.Həmçinin oxuyun:Rusiya və Aİ nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblərAnkaradan sərhəddəki gərginliyə münasibət: Ermənistan təxribatı davam etdirsə...Kreml sərhəddə baş verənlər barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427317772_97:0:2828:2048_1920x0_80_0_0_e4f6f3b3cafc195041fa2c7c47fc6aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, müdafiə nazirliyi, azərbaycan silahlı qüvvələri, ermənistan
nikol paşinyan, müdafiə nazirliyi, azərbaycan silahlı qüvvələri, ermənistan
Azərbaycan və Ermənistan sərhəddə hansı ərazilərə nəzarət edir? Paşinyanın cavabı
Ermənistanın baş naziri bildirib ki, 12 may hadisələrindən sonra müəyyən yerdəyişmələr baş verib və hazırda Ermənistanla Azərbaycanın mövqeləri "şahmat taxtası" ardıcıllığı ilə düzülmüş vəziyyətdədir.
BAKI, 17 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında noyabrın 16-da Azərbaycanla Ermənistan arasında sərhəddə baş verən toqquşmada Azərbaycanın hansı ərazilərə nəzarəti ələ keçirdiyi ilə bağlı deputatların suallarını cavablandırıb.
O bildirib ki, dünənki qarşıdurmadan sonra Azərbaycanın nəzarət etdiyi torpaqlarla bağlı bir dəyişiklik yoxdur. Halbuki dünən bu ölkənin Müdafiə Nazirliyi rəsmi şəkildə bəyan etmişdi ki, Azərbaycan iki döyüş mövqeyinə nəzarəti ələ keçirib.
Qeyd edək ki, Ermənistan tərəfi may ayında baş vermiş toqquşmadan sonra Azərbaycanın Qaragöl ətrafındakı 41 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü iddia edir.
Paşinyanın sözlərinə görə, 16 noyabr hadisəsindən sonra bu rəqəm dəyişməyib. Bununla yanaşı, o bildirib ki, 12 may hadisələrindən sonra müəyyən yerdəyişmələr baş verib və hazırda Ermənistanla Azərbaycanın mövqeləri "şahmat taxtası" ardıcıllığı ilə düzülmüş vəziyyətdədir.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.