https://sputnik.az/20211117/belarus-polsa-serhedindeki-miqrantlar-rusiya-muselmanlarindan-komek-istediler-436415151.html
Belarus-Polşa sərhədindəki miqrantlar Rusiya müsəlmanlarından kömək istədilər
Belarus-Polşa sərhədindəki miqrantlar Rusiya müsəlmanlarından kömək istədilər
Sputnik Azərbaycan
Ancaq müfti Albir Krqanov bildirib ki, Belarus suveren dövlətdir, Rusiya ilə qardaş ölkə olsa da, onların başqa dövlətin ərazisində hər hansı bir fəaliyyət... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T20:51+0400
2021-11-17T20:51+0400
2021-11-17T20:51+0400
miqrantlar
dünya xəbərləri
rusiya
polşa
belarus
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219345_0:69:3072:1797_1920x0_80_0_0_656db517c76726567a2d6f8644842a93.jpg
BAKI, 17 noyabr — Sputnik. Belarus-Polşa sərhədinə toplaşmış miqrantlar Rusiya Müsəlmanları Ruhani Məclisinin (RMRM) yaratdığı "Rosmiqrant" mərkəzinə kömək üçün müraciət ediblər. Bu barədə RİA Novosti-yə RMRM-in sədri, Rusiya Federasiyası İctimai Palatasının komissiya sədrinin müavini, müfti Albir Krqanov məlumat verib."Ruhani məclisinin nəzdindəki "Rosmiqrant" resursuna insanlar kömək üçün müraciət ediblər. Amma Belarus suveren dövlətdir, bizimlə qardaş ölkə olsa da, başqa dövlətin ərazisində hər hansı bir fəaliyyət həyata keçirə bilmərik", – deyə müfti bildirib.Krqanov onu da qeyd edib ki, Belarusun dini təşkilatları qaçqınlara yardım etməyə çalışır. "Biz dini təşkilatların qaçqınlara imkan daxilində kömək etməyə çalışdıqlarını görür və buna görə onlara təşəkkürümüzü bildiririk. Harada olurlarsa olsunlar, insanlara yardım etmək lazımdır", – deyə Krqanov əlavə edib.Qeyd edək ki, 2020-ci ildə RMRM-nin nəzdində miqrantlara hüquqi yardım göstərilməsi və onların mədəni adaptasiyasını təmin etmək məqsədilə "Rosmiqrant" mərkəzi yaradılıb, "qaynar xətt" açılıb. Layihə çərçivəsində çoxdilli "rosmigrant.rf" saytı da istifadəyə verilib ki, burada da miqrasiya mövzusu ilə bağlı müxtəlif məlumatlar öz əksini tapıb.Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.Həmçinin oxuyun:Balaca miqrantlar: qaçqın uşaqlar Belarus-Polşa sərhədində necə sağ qalmağa çalışırlarMiqrant hücumlarının əsl səbəbi bəlli oldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219345_172:0:2903:2048_1920x0_80_0_0_2b04b14fc3e0a2f30e7ad4780fb6a3a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrantlar, rusiya, polşa, belarus
miqrantlar, rusiya, polşa, belarus
Belarus-Polşa sərhədindəki miqrantlar Rusiya müsəlmanlarından kömək istədilər
Ancaq müfti Albir Krqanov bildirib ki, Belarus suveren dövlətdir, Rusiya ilə qardaş ölkə olsa da, onların başqa dövlətin ərazisində hər hansı bir fəaliyyət həyata keçirməsindən söhbət gedə bilməz.
BAKI, 17 noyabr — Sputnik. Belarus-Polşa sərhədinə toplaşmış miqrantlar Rusiya Müsəlmanları Ruhani Məclisinin (RMRM) yaratdığı "Rosmiqrant" mərkəzinə kömək üçün müraciət ediblər. Bu barədə RİA Novosti-yə RMRM-in sədri, Rusiya Federasiyası İctimai Palatasının komissiya sədrinin müavini, müfti Albir Krqanov məlumat verib.
"Ruhani məclisinin nəzdindəki "Rosmiqrant" resursuna insanlar kömək üçün müraciət ediblər. Amma Belarus suveren dövlətdir, bizimlə qardaş ölkə olsa da, başqa dövlətin ərazisində hər hansı bir fəaliyyət həyata keçirə bilmərik", – deyə müfti bildirib.
Krqanov onu da qeyd edib ki, Belarusun dini təşkilatları qaçqınlara yardım etməyə çalışır. "Biz dini təşkilatların qaçqınlara imkan daxilində kömək etməyə çalışdıqlarını görür və buna görə onlara təşəkkürümüzü bildiririk. Harada olurlarsa olsunlar, insanlara yardım etmək lazımdır", – deyə Krqanov əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə RMRM-nin nəzdində miqrantlara hüquqi yardım göstərilməsi və onların mədəni adaptasiyasını təmin etmək məqsədilə "Rosmiqrant" mərkəzi yaradılıb, "qaynar xətt" açılıb. Layihə çərçivəsində çoxdilli "rosmigrant.rf" saytı da istifadəyə verilib ki, burada da miqrasiya mövzusu ilə bağlı müxtəlif məlumatlar öz əksini tapıb.
Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.