Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycandan Rusiyaya yük sınaq qatarının işə salınması planlaşdırılır

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidYük qatarı, arxiv şəkli
Yük qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
BAKI, 17 noyabr — Sputnik. Yaxın zamanlarda Azərbaycandan Rusiyaya sınaq qatarını işə salmaq planlaşdırılır.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu "RDY Logistika"nın baş direktoru Dmitri Murev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
Qatar vasitəsilə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınacaq.
Rusiyada qatar yenidən yüklənəcək və geri yola salınacaq.
O bildirib ki, bu, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır.
Həmçinin oxuyun:
Rusiya texnologiyalarının Azərbaycana köməyi olacaq - nazir müavini
Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib
Azərbaycan və Rusiya kənd təsərrüfatı məhsullarının logistikası üzrə xidmət yaradacaq?
Xəbər lenti
0