Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya kənd təsərrüfatı məhsullarının logistikası üzrə xidmət yaradacaq?

© Murad Orudjev"Rusiya Dəmir Yolları Logistika" şirkətinin baş direktoru Dmitri Muryev
Rusiya Dəmir Yolları Logistika şirkətinin baş direktoru Dmitri Muryev - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
"Rusiya Dəmir Yolları Logistika" şirkətinin baş direktoru Dmitri Muryev bildirib ki, Avropa şirkətləri, həm də bu qitənin işgüzar dairələri "Şimal-Cənub" dəhlizinə əvvəlkindən daha çox diqqət yetirməyə başlayıblar.
BAKI, 17 noyabr — Sputnik. "Rusiya Dəmir Yolları Logistika" Səhmdar Cəmiyyəti və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsullarının logistikası üzrə layihələrinin inkişafı, Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı və digər məhsulların çatdırılması üçün müntəzəm xidmətin yaradılması, tranzit potensialının genişləndirilməsi imkanları üzərində işləyir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində "Rusiya Dəmir Yolları Logistika" şirkətinin baş direktoru Dmitri Muryev deyib.
"Rusiya Federasiyasının Bakıda keçirilən işgüzar şurasında ilk dəfə deyil ki, iştirak edirik. Əvvəllər də tərəfdaşlarla həm Rusiya, həm də Azərbaycan istehsalçıları və biznes dairələri üçün işgüzar əməkdaşlığın inkişafına imkan yaradan yeni logistika məhsullarının hazırlanması imkanlarını müzakirə etmişik", – deyə Muryev vurğulayıb.
Onun sözlərinə görə, "Rusiya Dəmir Yolları Logistika" bundan sonra da zəngin logistika potensialına malik “Şimal-Cənub” dəhlizinin inkişaf etdirilməsində maraqlıdır.
"Bu ilin yekunları göstərdi ki, həm Avropa şirkətləri, həm də bu qitənin işgüzar dairələri "Şimal-Cənub" dəhlizinə əvvəlkindən daha çox diqqət yetirməyə başlayıb", – deyə qurumun rəhbəri qeyd edib.
Muryev onu da əlavə edib ki, bu il "Şimal-Cənub" dəhlizi üzrə göndərişlərin həcmi açıq şəkildə bu dəhlizə maraqdan xəbər verir. Odur ki, Hindistan istehsalçıları və kommersiya strukturları ilə yanaşı, Avropa, Azərbaycan və Rusiyanın da yükdaşımalarını bu dəhliz çərçivəsində aktiv şəkildə həyata keçirəcəklərinə dair ümidlər böyükdür.
"Bizim tərəfimizdən bütün əsas şərait yaradılıb, hazırda dəhlizin inkişaf etdirilməsi və birgə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmalıdır", – deyə Muryev vurğulayıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl "Rusiya Dəmir Yolları Logistika" SC-dən Sputnik Azərbaycan-a bildirilmişdi ki, işgüzar missiya çərçivəsində Rusiya və Azərbaycan "Aqroekspres" (İxrac Ekspresi) layihəsi müzakirə olunub. Layihənin reallaşdırılması üçün Azərbaycan tərəfi Rusiya İxracat Mərkəzindən olan həmkarları ilə birgə müəyyən məsələləri həll etməlidirlər. O da qeyd olunub ki, "Rusiya Dəmir Yolları Logistika" SC ixracatçılara həm maliyyə, həm də qeyri-maliyyə dəstəyinin göstərilməsi üçün kreditləşdirmə, sığorta, ixrac logistikasına çəkilən xərclərin bir hissəsinin kompensasiya edilməsi şəklində dövlət alətləri təqdim edir.
İclasın yekunlarına əsasən, "Aqroekspres" layihəsi üzrə hökumətlərarası əlaqə qrupunun yaradılması barədə razılıq əldə olunub. Əlaqə qrupunun yaradılmasında məqsəd layihənin Azərbaycan və qonşu ölkələrə münasibətdə genişləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmasının hazırlanması, onun "Şimal-Cənub" dəhlizi üzrə daha da genişləndirilməsinin mümkünlüyü, yük bazasının və nəqliyyat infrastrukturunun zəruri elementlərinin müəyyən edilməsidir.
Xəbər lenti
0