Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada zərbə dronlarının "sürü" şəklində tətbiqi sistemi hazırlanır

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçid "Kronştadt" şirkətinin PUA-sı, arxiv şəkli
 Kronştadt şirkətinin PUA-sı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
"Kronştadt" şirkətinin rəhbəri bildirib ki, məqsəd insan idarəetməsindən pilotsuz uçan aparatların böyük bir qrupu və sistemi üçün konsepsiyaya keçməkdir.
BAKI, 16 noyabr — Sputnik. "Kronştadt" şirkəti müxtəlif siniflərə aid pilotsuz uçan döyüş aparatlarından istifadə etmək üçün sistem yaratmağa başlayıb və bu sistem müstəqil şəkildə fəaliyyət göstərəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sergey Boqatikov RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz süni intellekt elementlərindən istifadə etməklə müxtəlif sinifli PUA-ların qrup və "sistemlərinin" hərəkətlərinin həyata keçirilməsi üzrə bir sıra işlər reallaşdırırıq. Üstəlik, əsas diqqət təyyarənin avtonomlaşdırılmasına, kəşfiyyatın artırılmasına, PUA-nın məlumatlandırılmasına verilir ki, bu da həmin aparatlara müstəqil şəkildə düzgün qərar qəbul etmək imkanı verir", – deyə Boqatikov vurğulayıb.
"Kronştadt" rəhbərinin sözlərinə görə, işin məqsədi insan idarəetməsindən pilotsuz uçan aparatların böyük bir qrupu və sistemi üçün konsepsiyaya keçməkdir.
"Bu halda, nəzarət operatoru konkret cihazlara tapşırıq verməyəcək, ancaq onların qarşısına müəyyən ərazidə hərəkəti yerinə yetirmək tapşırığını qoyacaq. Qrup və sistem yerinə yetiriləcək funksiyaları müstəqil şəkildə müəyyənləşdirəcək və tapşırığın prioritet olub-olmadığını təyin edəcək. Bu, həm zərbə missiyalarına, həm də hava gəmilərinə aiddir. Başqa sözlə, təyin edilmiş hədəfləri müstəqil aşkarlamaq, təsnifatlaşdırmaq və vurmaq", – deyə Boqatikov izah edib.
Şirkətin rəhbəri onu da qeyd edib ki, "Kronştadt" bir-birini tamamlayan quru və dəniz robot sistemləri ilə qarşılıqlı əlaqədə olacaq pilotsuz təyyarələrdən kəşfiyyat və zərbə sxemlərinin yaradılması məsələsi üzərində də işləyir.
Eləcə də oxuyun:
* Rusiyanın “Orion” dronlarında yenilik edilib
* Mədət Quliyev Dubayda danışıqlar aparır
* “Bayraktar”ın populyarlığını artırması onları niyə narahat edir?
Xəbər lenti
0