https://sputnik.az/20211116/pasinyan-generallarin-kellesini-ucuracaq--yeni-nazir-de-muveqqetidir-435221815.html
Paşinyan generalların kəlləsini uçuracaq – yeni nazir də müvəqqətidir
Paşinyan generalların kəlləsini uçuracaq – yeni nazir də müvəqqətidir
Sputnik Azərbaycan
BAKI, 16 noyabr — Sputnik. Suren Papikyan müvəqqəti olaraq Ermənistanın müdafiə naziri təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu sensasiyalı iddianı... 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T11:30+0400
2021-11-16T11:30+0400
2021-11-16T11:30+0400
dünya xəbərləri
istefa
ermənistan
general
müdafiə naziri
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354109_0:0:2189:1231_1920x0_80_0_0_223bc0bb3fa55ca9e79410d5d609792d.jpg
BAKI, 16 noyabr — Sputnik. Suren Papikyan müvəqqəti olaraq Ermənistanın müdafiə naziri təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu sensasiyalı iddianı Ermənistanın "Johovurd" qəzeti yayıb."Ermənistan hökumətində olan mənbələrimiz bildirirlər ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yalnız bir məqsədlə - nazirlikdə nəyin baş verdiyini anlamaq məqsədilə göndərib. Məsələ bundadır ki, Müdafiə Nazirliyində "çirkli" oyunlar gedir, hərbi məmurlar bu və ya digər işə görə məsuliyyəti digərlərinin üzərinə atır, bir-birləri barədə yuxarı rəhbərliyə "xəbərçilik" edirlər", - deyə nəşr yazır."Johovurd" yazır ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca "silkələmək" niyyətindədir: "Nəticədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar daxil olmaqla, bir çoxlarının kəlləsi uçacaq"."Past" nəşri isə öz növbəsində yazır ki, MN-dəki təyinatla Ermənistanın hərbi rəhbərliyində dəyişikliklər məhdudlaşmayacaq. Nəşr vurğulayır ki, yaxın gələcəkdə həm Ermənistan Müdafiə Nazirliyində, həm də Silahlı Qüvvələrin Baş Qərargahında radikal dəyişikliklərin olacağı gözlənilir".Qeyd edək ki, dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib:"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.Eləcə də oxuyun:* Azərbaycanın dörd rayonu Ermənistan tərəfdən atəşə tutulub: son durum* Erməni deputat: Vətən əldən gedir, hərəkətə keçməliyik* Yeni eksperiment: Paşinyana generallar yox, gənc menecerlər lazımdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354109_277:0:2189:1434_1920x0_80_0_0_404deb9bded2cff90a55de3788512670.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istefa, ermənistan, general, müdafiə naziri, nikol paşinyan
istefa, ermənistan, general, müdafiə naziri, nikol paşinyan
BAKI, 16 noyabr — Sputnik. Suren Papikyan müvəqqəti olaraq Ermənistanın müdafiə naziri təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu sensasiyalı iddianı Ermənistanın "Johovurd" qəzeti yayıb.
"Ermənistan hökumətində olan mənbələrimiz bildirirlər ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yalnız bir məqsədlə - nazirlikdə nəyin baş verdiyini anlamaq məqsədilə göndərib. Məsələ bundadır ki, Müdafiə Nazirliyində "çirkli" oyunlar gedir, hərbi məmurlar bu və ya digər işə görə məsuliyyəti digərlərinin üzərinə atır, bir-birləri barədə yuxarı rəhbərliyə "xəbərçilik" edirlər", - deyə nəşr yazır.
"Johovurd" yazır ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca "silkələmək" niyyətindədir: "Nəticədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar daxil olmaqla, bir çoxlarının kəlləsi uçacaq".
"Past" nəşri isə öz növbəsində yazır ki, MN-dəki təyinatla Ermənistanın hərbi rəhbərliyində dəyişikliklər məhdudlaşmayacaq. Nəşr vurğulayır ki, yaxın gələcəkdə həm Ermənistan Müdafiə Nazirliyində, həm də Silahlı Qüvvələrin Baş Qərargahında radikal dəyişikliklərin olacağı gözlənilir".
Qeyd edək ki, dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib:
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.