Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan-Ermənistan sərhədində vəziyyətə beynəlxalq qurumlardan reaksiya

© Sputnik / Murad OrujovATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
BAKI, 16 noyabr — Sputnik. BMT Bakı və Yerevanı təmkin göstərərək ziddiyyətləri sülh yolu ilə həll eləməyə çağırır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.
"Müəyyən məlumatlar almışıq. Ancaq son zorakılıq halları barədə məlumatları narahatlıqla izləyirik. Bu məlumatları yoxlamalıyıq", - Hak brifinqdə deyib.
"Hazırda tərəfləri təmkin göstərərk 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına uyğun davranmağa, bütün müvafiq narahatlıqları sülh yolu ilə həll etməyə çağırırıq. Əvvəl müşahidə etdiyimiz hansısa eskalasiyadan qaçmaq istəyirik", - o əlavə edib.
-----------
18:14
ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərə reaksiya verib. Sputnik Azərbaycan xəbər verir ki, ATƏT sədri gərginliyi dərhal dayandırmağa çağırıb.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədi boyunca olmaqla da regionda insidentlərlə bağlı dərin narahatlıqlarını bölüşürük. Onların səylərini dəstəkləyir və tərəfləri dərhal gərginliyi dayandırmağa və həll olunmamış məsələləri həll etmək üçün addımlar atmağa çağırırıq", - deyə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde öz "Twitter" hesabında yazıb.
Eləcə də oxuyun:
* Azərbaycan XİN: Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir
* Ermənistan silahlı qüvvələri mövqelərini tərk edirlər
* Hərbi eskalasiya: Rusiya Ermənistanın çağırışına nə cavab verəcək?
Xəbər lenti
0