Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AÇ-də favoritlərin görüşü: Şahmatçılarımız rus rəqiblərilə heç-heçə etdilər

© Photo : "Shamkir Chess"Rauf Məmmədov, arxiv şəkli
Rauf Məmmədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
BAKI, 16 noyabr — Sputnik. Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, kişilərdən ibarət komandamızın Rusiya, qadın şahmatçılarımızın isə Ukrayna yığması ilə qarşılaşmaları bərabər şəraitdə başa çatıb.
Belə ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə heç-heçə ediblər.
Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva Nataliya Buksa üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Gövhər Beydullayeva Nataliya Jukovaya, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
----------
14:32
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, kişilərdən ibarət komanda Rusiya yığması ilə, qadınlar isə Ukrayna ilə üz-üzə gələcəklər.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk
Teymur Rəcəbov - Daniil Dubov
Rauf Məmmədov - Kirill Alekseyenko
Qədir Hüseynov - Andrey Yesipenko
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.
Qadınlar
Azərbaycan - Ukrayna
Günay Məmmədzadə - Anna Uşenina
Gülnar Məmmədova - Yuliya Osmak
Xanım Balacayeva - Nataliya Buksa
Gövhər Beydullayeva - Nataliya Jukova
Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma 7 xalla 1 - 3-cü yerləri bölüşdürür.
Xəbər lenti
0