https://sputnik.az/20211114/bir-gunde-bes-yuz-adami-eqreb-caldi-435170504.html
Bir gündə beş yüz adamı əqrəb çaldı
Bir gündə beş yüz adamı əqrəb çaldı
Sputnik Azərbaycan
Leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər. 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T09:52+0400
2021-11-14T09:52+0400
2021-11-14T09:53+0400
dünya xəbərləri
misir
əqrəb
https://cdnn1.img.sputnik.az/img/41086/59/410865966_0:346:1920:1426_1920x0_80_0_0_64982f55d70628202cf5724768445093.jpg
BAKI, 14 noyabr - Sputnik. Misirin cənubundakı Asuan əyalətində şənbə günü 500-dən çox adam əqrəb hücumundan ziyan çəkib.Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xaled Abdulqaffar məlumat verib.Asuanda şənbə günü leysan və bu torpaqlarda nadir hadisə olan dolu yağıb, beş ev dağılıb. Təbii fəlakət ölkənin digər cənub vilayətlərinə də ziyan vurub. Nazir qeyd edib ki, leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər. "Asuanda 503 nəfərə əqrəb sancması əleyhinə zərdab vurulub. Sancmadan ölən yoxdur. Zərərçəkənlərin hamısı evə buraxılıb", - nazir deyib.Xaled Abdulqaffarın sözlərinə görə, əqrəb və ilan zəhərinə qarşı zərdab ehtiyatı ölkədə kifayət qədərdir, məsələn, hazırda Asuan xəstəxanalarında 3350 doza zərdab var.Nazirlik əqrəb sancmaları zamanı mütləq həkimə müraciət etməyi məsləhət görüb və simptomları da açıqlayıb - dişləmə yerində güclü ağrı, zəhərlənmədə olduğu kimi əlamətlər: yüksək temperatur, qusma, diareya və s.Eləcə də oxuyun:* Alimlər COVID-19-u əqrəb zəhəri ilə müalicə etməyi təklif ediblər* Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO* Ən dəhşətli zəhərin dərmanı tapıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41086/59/410865966_0:0:1920:1440_1920x0_80_0_0_540386254f038569054015e8a0ff387c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
misir, əqrəb
Bir gündə beş yüz adamı əqrəb çaldı
09:52 14.11.2021 (Yenilənib: 09:53 14.11.2021) Leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər.
BAKI, 14 noyabr - Sputnik. Misirin cənubundakı Asuan əyalətində şənbə günü 500-dən çox adam əqrəb hücumundan ziyan çəkib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin səhiyyə naziri
Xaled Abdulqaffar məlumat verib.
Asuanda şənbə günü leysan və bu torpaqlarda nadir hadisə olan dolu yağıb, beş ev dağılıb. Təbii fəlakət ölkənin digər cənub vilayətlərinə də ziyan vurub.
Nazir qeyd edib ki, leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər.
"Asuanda 503 nəfərə əqrəb sancması əleyhinə zərdab vurulub. Sancmadan ölən yoxdur. Zərərçəkənlərin hamısı evə buraxılıb", - nazir deyib.
Xaled Abdulqaffarın sözlərinə görə, əqrəb və ilan zəhərinə qarşı zərdab ehtiyatı ölkədə kifayət qədərdir, məsələn, hazırda Asuan xəstəxanalarında 3350 doza zərdab var.
Nazirlik əqrəb sancmaları zamanı mütləq həkimə müraciət etməyi məsləhət görüb və simptomları da açıqlayıb - dişləmə yerində güclü ağrı, zəhərlənmədə olduğu kimi əlamətlər: yüksək temperatur, qusma, diareya və s.
* Mingəçevir sakinləri təşvişdə:
"İlanlar artıq ev heyvanına çevrilib" - FOTO