https://sputnik.az/20211113/putin-bizi-rahatlamaga-qoymurlar-435160471.html
Putin: Bizi dincəlməyə qoymurlar, biz də dincəlməyəcəyik
Putin: Bizi dincəlməyə qoymurlar, biz də dincəlməyəcəyik
Sputnik Azərbaycan
Rusiya prezidenti deyib ki, Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T14:21+0400
2021-11-13T14:21+0400
2021-11-13T14:24+0400
putin
rusiya
abş
rusiya
nato
qara dəniz
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592360_0:160:3072:1888_1920x0_80_0_0_c97ed1104e9c7346b7ae9224796dc6c6.jpg
BAKI, 13 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, xarici tərəfdaşlar Rusiyanı dinc qoymurlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin "Rusiya 24" telekanalının efirində Ukraynadakı vəziyyət və NATO-nun Qara dəniz hövzəsində təlimləri barədə vəziyyəti dəyərləndirərkən bildirib."Belə təəssürat yaranır ki, bizə sadəcə dinclik vermirlər. Qoy bilsinlər ki, biz də dincəlməyəcəyik", – deyə Putin bildirib.Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə NATO-nun keçirdiyi təlimlərə münasibət bildirib:Rusiya prezidentinin sözlərinə görə, Müdafiə Nazirliyi Qara Dənizdə planlaşdırılmamış təlimlər keçirməyi təklif edib: "Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu, məqsədəuyğun deyil. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Rusiya hərbçiləri yalnız NATO təyyarələri və gəmilərini müşayiət etməklə kifayətlənirlər".Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığını bəyan edib.Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə tərəf istiqamət götürüb.Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub."Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilir.O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.Həmçinin oxuyun:Qanundan yayınmaq: ABŞ Hərbi Dəniz Qüvvələri Qara dənizdə möhkəmlənmək üçün yol tapıbOdla oynamaq: Qara dənizdə nə baş verir
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592360_171:0:2902:2048_1920x0_80_0_0_606863bb93c204c61cdbb5d96274e9ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, abş, rusiya, nato, qara dəniz, rusiya prezidenti vladimir putin
putin, abş, rusiya, nato, qara dəniz, rusiya prezidenti vladimir putin
Putin: Bizi dincəlməyə qoymurlar, biz də dincəlməyəcəyik
14:21 13.11.2021 (Yenilənib: 14:24 13.11.2021) Rusiya prezidenti deyib ki, Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu, məqsədəuyğun deyil.
BAKI, 13 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, xarici tərəfdaşlar Rusiyanı dinc qoymurlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin "Rusiya 24" telekanalının efirində Ukraynadakı vəziyyət və NATO-nun Qara dəniz hövzəsində təlimləri barədə vəziyyəti dəyərləndirərkən bildirib.
"Belə təəssürat yaranır ki, bizə sadəcə dinclik vermirlər. Qoy bilsinlər ki, biz də dincəlməyəcəyik", – deyə Putin bildirib.
Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə NATO-nun keçirdiyi təlimlərə münasibət bildirib:
"Onlar təlimlərdə döyüş silahlı strateji aviasiyadan istifadə edirlər. Bu, Rusiya üçün ciddi çağırışdır".
Rusiya prezidentinin sözlərinə görə, Müdafiə Nazirliyi Qara Dənizdə planlaşdırılmamış təlimlər keçirməyi təklif edib:
"Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu, məqsədəuyğun deyil. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Rusiya hərbçiləri yalnız NATO təyyarələri və gəmilərini müşayiət etməklə kifayətlənirlər".
Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığını bəyan edib.
Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə tərəf istiqamət götürüb.
Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub.
"Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilir.
O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.