https://sputnik.az/20211113/putin-bayraktardan-istifade-minsk-razilasmasini-pozur-435159996.html
Putin: “Bayraktar”dan istifadə Minsk razılaşmasını pozur
Putin: “Bayraktar”dan istifadə Minsk razılaşmasını pozur
Sputnik Azərbaycan
Putin Ukraynanın Donbasda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə münasibət bildirərkən deyib ki, bu, Minsk... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T14:58+0400
2021-11-13T14:58+0400
2021-11-13T14:45+0400
rusiya prezidenti vladimir putin
rusiya
ukrayna
qara dəniz
minsk
bayraktar tb2s
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0d/435159353_62:0:3703:2048_1920x0_80_0_0_a83d3f0a29cf782896771237c3bd0e80.jpg
BAKI, 13 noyabr — Sputnik. Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib. “Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir. Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”, - Rusiya Prezidenti vurğulayıb.Putin Ukraynanın Donbasda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti tərəfindən “Bayraktar”ın istifadə olunması Minsk razılaşmasını pozur: “Bu, pilotsuz aviasiyadır, lakin aviasiyadır. Hansı ki, Minsk razılaşması və ondan sonrakı razılaşmalarla münaqişə zonasında tətbiqi qadağan olunur. Ancaq buna heç kəs reaksiya vermir. Avropa bu barədə aydın bir şey söyləmir. ABŞ isə dəstəklədi. Ukraynanın rəsmi şəxsləri isə birbaşa deyirlər: tətbiq etmişik və bundan sonra da edəcəyik”.Qeyd edək ki, Rusiya Prezidenti NATO-nun Qara dənizdə keçirdiyi təlimlərə də münasibət bildirib. O deyib ki, NATO-nun Qara dənizdə təlimləri Rusiya üçün ciddi çağırışdır:"Onlar təlimlərdə döyüş silahlı strateji aviasiyadan istifadə edirlər. Bu, Rusiya üçün ciddi çağırışdır". Rusiya prezidentinin sözlərinə görə, Müdafiə Nazirliyi Qara Dənizdə planlaşdırılmamış təlimlər keçirməyi təklif edib: "Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu, məqsədəuyğun deyil. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Rusiya hərbçiləri yalnız NATO təyyarələri və gəmilərini müşayiət etməklə kifayətlənirlər".Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığını bəyan edib.Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə tərəf istiqamət götürüb.Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub."Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilir.O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.Həmçinin oxuyun:Putin: Bizi dincəlməyə qoymurlar, biz də dincəlməyəcəyik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0d/435159353_779:0:3510:2048_1920x0_80_0_0_212b0a99276b6f7a09bf46de9b2516f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, ukrayna, qara dəniz, minsk, bayraktar tb2s
rusiya prezidenti vladimir putin, ukrayna, qara dəniz, minsk, bayraktar tb2s
Putin: “Bayraktar”dan istifadə Minsk razılaşmasını pozur
Putin Ukraynanın Donbasda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə münasibət bildirərkən deyib ki, bu, Minsk razılaşmasını pozur.
BAKI, 13 noyabr — Sputnik. Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.
“Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir. Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”, - Rusiya Prezidenti vurğulayıb.
Putin Ukraynanın Donbasda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti tərəfindən “Bayraktar”ın istifadə olunması Minsk razılaşmasını pozur:
“Bu, pilotsuz aviasiyadır, lakin aviasiyadır. Hansı ki, Minsk razılaşması və ondan sonrakı razılaşmalarla münaqişə zonasında tətbiqi qadağan olunur. Ancaq buna heç kəs reaksiya vermir. Avropa bu barədə aydın bir şey söyləmir. ABŞ isə dəstəklədi. Ukraynanın rəsmi şəxsləri isə birbaşa deyirlər: tətbiq etmişik və bundan sonra da edəcəyik”.
Qeyd edək ki, Rusiya Prezidenti NATO-nun Qara dənizdə keçirdiyi təlimlərə də münasibət bildirib.
O deyib ki, NATO-nun Qara dənizdə təlimləri Rusiya üçün ciddi çağırışdır:
"Onlar təlimlərdə döyüş silahlı strateji aviasiyadan istifadə edirlər. Bu, Rusiya üçün ciddi çağırışdır".
Rusiya prezidentinin sözlərinə görə, Müdafiə Nazirliyi Qara Dənizdə planlaşdırılmamış təlimlər keçirməyi təklif edib: "Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın addımlarına cavab olaraq Qara Dəniz hövzəsində planlaşdırılmamış təlimlər keçirməyi təklif edib. Lakin bu, məqsədəuyğun deyil. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Rusiya hərbçiləri yalnız NATO təyyarələri və gəmilərini müşayiət etməklə kifayətlənirlər".
Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığını bəyan edib.
Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə tərəf istiqamət götürüb.
Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub.
"Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilir.
O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.