https://sputnik.az/20211113/bakinin-merkezi-kucelerinde-velosiped-yollari-cekilir-435160174.html
Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir
Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir
Sputnik Azərbaycan
Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T15:22+0400
2021-11-13T15:22+0400
2021-11-13T16:35+0400
velosiped
paytaxt xəbərləri
bakı
bakı nəqliyyat agentliyi
bulvar
dənizkənarı bulvar
https://cdnn1.img.sputnik.az/img/42375/94/423759479_0:160:3073:1888_1920x0_80_0_0_04df64c4ce8f7667f0bf4d53e6bacbd3.jpg
BAKI, 13 noyabr — Sputnik. Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) velosiped nəqliyyatının inkişafına dair tədbirlər planı hazırlayıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BNA məlumat yayıb.Bildirilir ki, plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb.Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1,5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub. Birincisi, yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə. İkincisi isə, digər ərazilərdə tikinti-quraşdırma işləri aparılmaqla.Bu il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib. Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.Həmçinin oxuyun:İki təkər üstündə səyahət, yaxud gömrük rüsumları niyə belə yüksəkdir?!Beş dəqiqəsi bir manat olan əyləncə nəqliyyat vasitəsinə çevrilir? - Layihə var, amma...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42375/94/423759479_170:0:2901:2048_1920x0_80_0_0_8daecc27c5202797e427c7fd40b387a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
velosiped, bakı, bakı nəqliyyat agentliyi, bulvar, dənizkənarı bulvar
velosiped, bakı, bakı nəqliyyat agentliyi, bulvar, dənizkənarı bulvar
Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir
15:22 13.11.2021 (Yenilənib: 16:35 13.11.2021) Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1,5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.
BAKI, 13 noyabr — Sputnik. Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) velosiped nəqliyyatının inkişafına dair tədbirlər planı hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Bildirilir ki, plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.
Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb.
Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.
Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1,5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.
Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub. Birincisi, yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə. İkincisi isə, digər ərazilərdə tikinti-quraşdırma işləri aparılmaqla.
Bu il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib. Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.