https://sputnik.az/20211031/bes-deqiqesi-bir-manat-olan-eylence-neqliyyat-vasitesine-cevrilir---layihe-var-amma-434604567.html
Beş dəqiqəsi bir manat olan əyləncə nəqliyyat vasitəsinə çevrilir? - Layihə var, amma...
Beş dəqiqəsi bir manat olan əyləncə nəqliyyat vasitəsinə çevrilir? - Layihə var, amma...
Sputnik Azərbaycan
“Yol Hərəkəti haqqında” qanunda adı belə keçməyən skuterlər müəyyən vaxt sonra Bakıda nəqliyyat vasitəsinə çevrilə bilər. Amma buna "yox" deyənlərin sayı bir... 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T09:32+0400
2021-10-31T09:32+0400
2021-10-31T09:32+0400
yol
paytaxt xəbərləri
qanun
bakı
skuter
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434604537_0:320:3073:2048_1920x0_80_0_0_db3ccb887072823ae6b0a0da9e572a82.jpg
BAKI, 31 oktyabr — Sputnik. Bakıda nəqliyyat sıxlığının qarşısını almaq, eləcə də ekoloji mühiti qorumaq məqsədilə yeni nəqliyyat vasitələri tətbiq ediləcək. Belə ki, paytaxtda mikromobil nəqliyyat layihəsi reallaşdırılır. Rusiyanın "Sibir" şirkətinin direktoru, Strateji Təşəbbüslər Agentliyinin şəhər inkişafı üzrə nümayəndəsi Ramil Əliyev mətbuata açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti artıq "Sibir" şirkətinə elektrik skuterlərin icarə məntəqələri üçün ərazi ayırıb: "İnsanların bir nöqtədən digərinə hərəkət etmək üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Bu layihənin icrasından sonra paytaxt sakinləri skuter icarəyə götürəcək və onu çatdıqları məntəqədə qoya biləcəklər".Şirkət direktoru bildirib ki, bu layihənin icrası Bakıda tıxacların azalmasına, eləcə də təmiz nəqliyyatın sayının artmasına gətirib çıxaracaq: "Biz artıq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışıq, şəhərin növbəti 20 il ərzində inkişaf planı ilə tanış olmuşuq. Bu plan çərçivəsində Bakının mərkəzində və bulvar boyunca dairəvi yolun tikintisi planlaşdırılır. Dairəvi yol velosiped cığırına da malik olacaq".Sputnik Azərbaycan mikromobil nəqliyyat layihəsinin şəhərdə sıxlığın qarşısını almaqda nə qədər səmərəli olacağını, eləcə də bu layihənin tətbiqinin effektivliyini araşdırıb.BNA yox deyirBakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərin mobillik imkanlarının yaxşılaşdırılması, insanları şəxsi minik avtomobilindən çəkindirən vasitələrin nəqliyyat növü kimi formalaşdırılması öz-özlüyündə təqdirəlayiq haldır: “Amma gəlin görək şəhərimiz buna hazırdırmı? İndiki halda bu sualın cavabı “yox” olacaq. Yəni indiki halda şəhərimizdə elektrik skuter sisteminin yaradılması bir qədər tələsik addım sayılır. Əvvəla, haqqında danışdığımız bu tip hərəkət vasitələrinin kütləvi istifadəsi və nəqliyyat funksiyasını yerinə yetirməsi üçün şəhərimizin imkanları məhduddur”.Skuterlərin piyada yoluna çıxması təhlükəlidirM.Ağayev bildirib ki, məsələ, ilk növbədə, qanunvericilik baxımından həllini tapmalıdır. Çünki mövcud qanunvericilikdə skuterlərin hərəkətinin tənzimlənməsi ilə bağlı hər hansı bir norma və standart yoxdur. Kirayə qiyməti cibə uyğun olmalıdırNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elektrik skuterlərin icarə məntəqələrinin yaradılması müsbət addım olsa da, bu layihənin paytaxt yollarında sıxlığın qarşısını azaldacağı real deyil. Ekspert bildirir ki, bu layihənin ətraf mühitin qorunması, ekoloji mühitə dəstək baxımından səmərəsi daha böyükdür: “Bu aspektdən mən də bu layihəni dəstəkləyirəm. Amma bu layihənin tıxacın qarşısını almaqda alternativ variant kimi effekt verəcəyi inandırıcı deyil”.E.Muradlı deyir ki, bu gün də bulvarda velosiped kirayələyərək sürmək mümkündür. Amma kirayə qiymətləri elə həddədir ki, çox insana istifadə etmək sərf etmir. Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində nəqliyyat kirayələmə xidməti var. Azərbaycanda buna skuterlərdən başlanılması da bir yenilikdir.Qanunda skuter barədə bir kəlmə də yoxdurE.Muradlı bildirir ki, yeni layihə həyata keçirilməzdən öncə elektrik skuterlərin hərəkəti qanunvericiliklə tənzimlənməlidir: “Hazırda “Yol hərəkəti haqqında” qanunda elektrik skuterləri ilə bağlı heç bir bənd yoxdur. Bu layihəni reallaşdırmazdan öncə elektrik skuterlərini idarə etmək üçün yaş həddi müəyyən edilməlidir. Qanunda göstərilməlidir ki, elektrik skuterləri ümumi istifadədə olan yola çıxa bilərmi, buna hansı yaşda icazə verilir? Velosipedçinin hüquq və vəzifələrini ona şamil etmək olarmı? Biz bu gün velosipedçiyə qanunda tələb qoyuruq ki, velosipedi başında kaska ilə sürməlisən. Elektrik skuterlərini idarə edənlərin də qəza zamanı başı yerə dəyə bilər. Amma hələ ki, qanunla elektrik skuterlərini idarə edənlərə belə bir tələb yoxdur. Bütün bunlara yeni “Yol hərəkəti haqqında” qanunda aydınlıq gətirilməlidir.E.Muradlı deyir ki, gələcəkdə elektrik skuterləri üçün ayrıca yolların olması da gündəmə gətirilə bilər: “Xarici ölkələrdə elektrik skuterləri velosiped yollarından istifadə edir. Bizdə isə görürük ki, elektrik skuterləri idarə edənlər xaotik yollarda hərəkət edir”.Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, ümumiyyətlə “Yol Hərəkəti haqqında” qanunda skuter sözü öz əksini tapmayıb. Bu halda skuterin idarəedilməsi ilə bağlı qaydalardan söhbət gedə bilməz.O ki qaldı Bakıda elektrik skuterlərinin icarə məntəqələri üçün ərazinin harada ayrılmasına, Bakı Şəhər İcra Hakimiyyətindən onlarda belə bir məlumat olmadığını bildirdilər.Skuterlər velosiped yolundan istifadə edəcək?Məlumat üçün bildirək ki, bu il 2 kilometr uzunluğunda Bilgəh qəsəbəsi ərazisində velosiped yolu salınıb. Bundan başqa, şəhər mərkəzində 7.5 kilometrlik velosiped yolu ilə bağlı layihə var. Bu layihə artıq dövlət qurumları ilə razılaşdırılmanın son mərhələsindədir. Bakının baş planına əsasən, 2027-ci ilədək 63 kilometr velosiped yolunun təşkili nəzərdə tutulub.Qeyd edək ki, hazırda paytaxtda elektrik skuterlərindən istifadə bir növ dəbə çevrilib. Qiyməti baha olduğundan bu mikromobil nəqliyyat vasitələrinə az-az rast gəlsək də, onların bəzən ümumi istifadə olan yollarda hərəkət etdiyini də görürük. Sürücülər isə mopedlərdən sonra elektrik skuterlərinin ümumi istifadədə olan yollarda avtomobillərin hərəkətinə mane olduğundan, hətta bəzən qəza şəraiti yaratdığından şikayətlənirlər.Beş dəqiqəsi bir manatOnu da bildirək ki, elektrik skuterlərinin qiyməti enerji sərfiyyatından və sürətindən asılı olaraq dəyişir. Saatda 16 km/saat sürətlə hərəkət edən, 12 V batareyası olan elektrik skuterinin qiyməti 449 manatdan başlayır. Qiyməti 1500 manat olan elektrik skuterləri 300 Vt mühərrik gücünə və saatda 28 km/saat sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Hazırda paytaxtda qiyməti 3 min manata olan elektrik skuterlər satılır.Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda Bakı Bulvarında elektrik skuterləri əyləncə məqsədilə icarə verilir. Bu nəqliyyat vasitəsindən 5 dəqiqə istifadə qiyməti bir manat təşkil edir. Elektrik skuterlərindən istifadə etmək üçün istifadəçinin mobil telefonuna proqram yüklənilir. Bu, skuteri izləmək məqsədilə həyata keçirilir. Bu zaman həmin şəxsin bank kartı ilə bağlı məlumatları da proqrama əlavə edilir. Elektrik skuterindən istifadə müddəti başa çatdıqdan sonra ödəniş kartdan çıxılır. Qeyd edək ki, Bakı Bulvarında elektrik skuterindən istifadə edənlərin mütləq şəkildə bank kartı olmalıdır.Eləcə də oxuyun:* Bakıda mikromobil nəqliyyat: skuterləri də icarəyə götürmək olacaq* Darısqal yollar uğrunda “müharibə”: Kimə olar, kimə olmaz müəmması var* Niderlandda benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək
https://sputnik.az/20211029/ayna-hansi-problemlere-ayna-tutacaq-434713283.html
https://sputnik.az/20211029/yol-hereketi-haqqinda-qanuna-deyisiklik-kim-suruculuk-huququndan-mehrum-edile-biler-434703195.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434604537_0:0:2731:2048_1920x0_80_0_0_be17c7d98525b385820e27f1db32eafa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yol, qanun, bakı, skuter
Beş dəqiqəsi bir manat olan əyləncə nəqliyyat vasitəsinə çevrilir? - Layihə var, amma...
“Yol Hərəkəti haqqında” qanunda adı belə keçməyən skuterlər müəyyən vaxt sonra Bakıda nəqliyyat vasitəsinə çevrilə bilər. Amma buna "yox" deyənlərin sayı bir deyil, iki deyil.
BAKI, 31 oktyabr — Sputnik. Bakıda nəqliyyat sıxlığının qarşısını almaq, eləcə də ekoloji mühiti qorumaq məqsədilə yeni nəqliyyat vasitələri tətbiq ediləcək. Belə ki, paytaxtda mikromobil nəqliyyat layihəsi reallaşdırılır. Rusiyanın "Sibir" şirkətinin direktoru, Strateji Təşəbbüslər Agentliyinin şəhər inkişafı üzrə nümayəndəsi Ramil Əliyev mətbuata açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti artıq "Sibir" şirkətinə elektrik skuterlərin icarə məntəqələri üçün ərazi ayırıb: "İnsanların bir nöqtədən digərinə hərəkət etmək üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Bu layihənin icrasından sonra paytaxt sakinləri skuter icarəyə götürəcək və onu çatdıqları məntəqədə qoya biləcəklər".
Şirkət direktoru bildirib ki, bu layihənin icrası Bakıda tıxacların azalmasına, eləcə də təmiz nəqliyyatın sayının artmasına gətirib çıxaracaq: "Biz artıq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışıq, şəhərin növbəti 20 il ərzində inkişaf planı ilə tanış olmuşuq. Bu plan çərçivəsində Bakının mərkəzində və bulvar boyunca dairəvi yolun tikintisi planlaşdırılır. Dairəvi yol velosiped cığırına da malik olacaq".
Sputnik Azərbaycan mikromobil nəqliyyat layihəsinin şəhərdə sıxlığın qarşısını almaqda nə qədər səmərəli olacağını, eləcə də bu layihənin tətbiqinin effektivliyini araşdırıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərin mobillik imkanlarının yaxşılaşdırılması, insanları şəxsi minik avtomobilindən çəkindirən vasitələrin nəqliyyat növü kimi formalaşdırılması öz-özlüyündə təqdirəlayiq haldır: “Amma gəlin görək şəhərimiz buna hazırdırmı? İndiki halda bu sualın cavabı “yox” olacaq. Yəni indiki halda şəhərimizdə elektrik skuter sisteminin yaradılması bir qədər tələsik addım sayılır. Əvvəla, haqqında danışdığımız bu tip hərəkət vasitələrinin kütləvi istifadəsi və nəqliyyat funksiyasını yerinə yetirməsi üçün şəhərimizin imkanları məhduddur”.
Skuterlərin piyada yoluna çıxması təhlükəlidir
M.Ağayev bildirib ki, məsələ, ilk növbədə, qanunvericilik baxımından həllini tapmalıdır. Çünki mövcud qanunvericilikdə skuterlərin hərəkətinin tənzimlənməsi ilə bağlı hər hansı bir norma və standart yoxdur.
“Daha dəqiq ifadə etsək, skuterlə hərəkət edən adam qanunverilicik nöqteyi-nəzərindən piyada sayılır. Digər nəzərə alınmalı olan məqam infrastrukturdur. Skuterlərin geniş yayıldığı və bir nəqliyyat növü kimi populyar olduğu şəhərlərin təcrübəsinə baxdıqda daha çox velosiped yollarından istifadə edildiyini görə bilərik. Bizdə isə hazırda velosiped infrastrukturu qurulma ərəfəsindədir. Yəni indiki halda skuterlər səkilərdən və ya yolun hərəkət hissəsindən istifadə etməli olacaq ki, bu da təhlükəlidir".
Kirayə qiyməti cibə uyğun olmalıdır
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elektrik skuterlərin icarə məntəqələrinin yaradılması müsbət addım olsa da, bu layihənin paytaxt yollarında sıxlığın qarşısını azaldacağı real deyil. Ekspert bildirir ki, bu layihənin ətraf mühitin qorunması, ekoloji mühitə dəstək baxımından səmərəsi daha böyükdür: “Bu aspektdən mən də bu layihəni dəstəkləyirəm. Amma bu layihənin tıxacın qarşısını almaqda alternativ variant kimi effekt verəcəyi inandırıcı deyil”.
E.Muradlı deyir ki, bu gün də bulvarda velosiped kirayələyərək sürmək mümkündür. Amma kirayə qiymətləri elə həddədir ki, çox insana istifadə etmək sərf etmir.
“Elektrik skuterlərinin qiyməti o qədər də ucuz deyil. Biz elektrik skuterlərinin kirayə qiymətinin nə qədər olacağını hələ bilmirik. Elektrik skuterlərindən istifadə etmək üçün ona enerji yükləmə aparatları olmalıdır. Bu zaman elektrik skuterlərdən kirayə üçün qoyulan qiymət elə həddə ola bilər ki, onu ancaq küçədə şou göstərmək istəyən şəxslər istifadə edə bilər. Layihə reallaşdırılarkən bu amillər də nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində nəqliyyat kirayələmə xidməti var. Azərbaycanda buna skuterlərdən başlanılması da bir yenilikdir.
Qanunda skuter barədə bir kəlmə də yoxdur
E.Muradlı bildirir ki, yeni layihə həyata keçirilməzdən öncə elektrik skuterlərin hərəkəti qanunvericiliklə tənzimlənməlidir: “Hazırda “Yol hərəkəti haqqında” qanunda elektrik skuterləri ilə bağlı heç bir bənd yoxdur. Bu layihəni reallaşdırmazdan öncə elektrik skuterlərini idarə etmək üçün yaş həddi müəyyən edilməlidir. Qanunda göstərilməlidir ki, elektrik skuterləri ümumi istifadədə olan yola çıxa bilərmi, buna hansı yaşda icazə verilir? Velosipedçinin hüquq və vəzifələrini ona şamil etmək olarmı? Biz bu gün velosipedçiyə qanunda tələb qoyuruq ki, velosipedi başında kaska ilə sürməlisən. Elektrik skuterlərini idarə edənlərin də qəza zamanı başı yerə dəyə bilər. Amma hələ ki, qanunla elektrik skuterlərini idarə edənlərə belə bir tələb yoxdur. Bütün bunlara yeni “Yol hərəkəti haqqında” qanunda aydınlıq gətirilməlidir.
E.Muradlı deyir ki, gələcəkdə elektrik skuterləri üçün ayrıca yolların olması da gündəmə gətirilə bilər: “Xarici ölkələrdə elektrik skuterləri velosiped yollarından istifadə edir. Bizdə isə görürük ki, elektrik skuterləri idarə edənlər xaotik yollarda hərəkət edir”.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, ümumiyyətlə “Yol Hərəkəti haqqında” qanunda skuter sözü öz əksini tapmayıb. Bu halda skuterin idarəedilməsi ilə bağlı qaydalardan söhbət gedə bilməz.
O ki qaldı Bakıda elektrik skuterlərinin icarə məntəqələri üçün ərazinin harada ayrılmasına, Bakı Şəhər İcra Hakimiyyətindən onlarda belə bir məlumat olmadığını bildirdilər.
Skuterlər velosiped yolundan istifadə edəcək?
Məlumat üçün bildirək ki, bu il 2 kilometr uzunluğunda Bilgəh qəsəbəsi ərazisində velosiped yolu salınıb. Bundan başqa, şəhər mərkəzində 7.5 kilometrlik velosiped yolu ilə bağlı layihə var. Bu layihə artıq dövlət qurumları ilə razılaşdırılmanın son mərhələsindədir. Bakının baş planına əsasən, 2027-ci ilədək 63 kilometr velosiped yolunun təşkili nəzərdə tutulub.
Qeyd edək ki, hazırda paytaxtda elektrik skuterlərindən istifadə bir növ dəbə çevrilib. Qiyməti baha olduğundan bu mikromobil nəqliyyat vasitələrinə az-az rast gəlsək də, onların bəzən ümumi istifadə olan yollarda hərəkət etdiyini də görürük. Sürücülər isə mopedlərdən sonra elektrik skuterlərinin ümumi istifadədə olan yollarda avtomobillərin hərəkətinə mane olduğundan, hətta bəzən qəza şəraiti yaratdığından şikayətlənirlər.
Onu da bildirək ki, elektrik skuterlərinin qiyməti enerji sərfiyyatından və sürətindən asılı olaraq dəyişir. Saatda 16 km/saat sürətlə hərəkət edən, 12 V batareyası olan elektrik skuterinin qiyməti 449 manatdan başlayır. Qiyməti 1500 manat olan elektrik skuterləri 300 Vt mühərrik gücünə və saatda 28 km/saat sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Hazırda paytaxtda qiyməti 3 min manata olan elektrik skuterlər satılır.
Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda Bakı Bulvarında elektrik skuterləri əyləncə məqsədilə icarə verilir. Bu nəqliyyat vasitəsindən 5 dəqiqə istifadə qiyməti bir manat təşkil edir. Elektrik skuterlərindən istifadə etmək üçün istifadəçinin mobil telefonuna proqram yüklənilir. Bu, skuteri izləmək məqsədilə həyata keçirilir. Bu zaman həmin şəxsin bank kartı ilə bağlı məlumatları da proqrama əlavə edilir. Elektrik skuterindən istifadə müddəti başa çatdıqdan sonra ödəniş kartdan çıxılır. Qeyd edək ki, Bakı Bulvarında elektrik skuterindən istifadə edənlərin mütləq şəkildə bank kartı olmalıdır.
* Bakıda mikromobil nəqliyyat: skuterləri də icarəyə götürmək olacaq
*
Darısqal yollar uğrunda “müharibə”: Kimə olar, kimə olmaz müəmması var